Bloq Arxivləri
Müəllim sönməyən günəşdir
Salam, əziz dostlar, bloq izləyicilərim!
Hər il müəllim günü yaxınlaşar-yaxınlaşmaz, bloqun statistikası ən yüksək izləmə xəttində dayanır. Müəllimə aid hikmətli sözlər axtarışı ilə bloqa gələnlərin sayı 4000 nəfəri keçir. Məhz buna görədir ki, müəllim, elm, bilik haqqında deyilmiş dəyərli fikirlərdən bir çələng bağlamağı düşündüm.
Müəllim sönməyən günəşdir
Sabahınız xeyir, dəyərli dostlarım.
Bir neçə gündən sonra müəllim gününü qeyd edəcəyik. Bloqun statistikasına nəzər salıram hər gün. Hansı yazıya, hansı mövzuya daha çox təlabat var deyə, bir müşahidə aparıram. Axtarış sisteminə ən çox düşən müəllim haqqında yazılardır. Mən də bunu nəzərə alıb, dəyərli izləyicilərim, həm də axtarış nəticəsində bloqa təsadüfən gələnlər üçün müəllim haqqında yeni bir yazı dərc etmək istədim.
Qiymətli kəlamları oxumaq sizin üçün də maraqlı olar. Axı hər birimizə oxumaq savadını müəllimlər verib. Yaşımızın neçə olmasından asılı olmayaraq, müəllimlərin dəyərini bilmək bizim müqəddəs borcumuzdur.
1. Müəllim bir sənətkardır, sabahın təməlini o qurduğu kimi, qiymətli şəxsiyyətin yetişməsinə də o səbəb olar. (Mustafa Kamal Atatürk) Bu yazının davamını oxu
Müəllim sevgisi -Müəllim gününüz mübarək!
Elmsiz adam nə özünü, nə də dünyanı dərk edə bilməz. Dünyanı dərk etməyən insansa, Allahı dərk edə bilməz. Allahı dərk etməyən insan asanlıqla hər cür əxlaqsızlığa yuvarlanar, həm özü, həm ailəsi, həm də üzvü olduğu cəmiyyət daim zərər çəkər.
Müəllimlər bizə bilik, ədəb öyrədir, valideynlərimiz kimi gələcəyimizə xidmət edir, şam kimi yolumuza işıq saçırlar. Hər bir cəmiyyətin formalaşmasında müəllim memar rolu oynayır. Elə bir insan yoxdur ki, onun üzərində müəllim haqqı olmasın. Bu haqqın ödənməsi gərəkdir. Ödənməsi yolu isə müəllimlərimizin öyrətdiyi elm və ədəbi öyrənməkdir. Bu yazının davamını oxu