Bloq Arxivləri
Hicab haqqında fikirlərim – Sonaydan
Hicab Allah və Onun Rəsuluna (sallallahu aleyhi və səlləm) olan itaət əməlidir.
Allah təala Qurani Kərimdə buyurur: “Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!”. (Əl-Əhzab 33:36)
Ən gözəl libas
Rəbbimiz bir ayədə belə buyurur: “Ey Adəmin övladları! Baxın, sizə ədəb yerlərinizi örtəcək geyim, bəzənə biləcəyiniz paltar bəxş etdik. Lakin unutmayın ki, ən gözəl paltar təqva libasıdır. Bu, Allahın əmrlərindəndir”.
Bilirsinizmi, libasdan da əhəmiyyətli olan, təqva duyğusu və həya hissidir. Örtülməsi lazım olan yerləri örtmək, namusu qorumanın ilk şərtidir. Allahın hikmətinə baxın siz hələ, bir çox canlı varlıqlar var ki, onların həya və örtünmə yerlərini təbii olaraq gizlətmişdir, gözəl və təbii bir “paltar” geydirmişdir. Yalnız həya duyğusu verdiyi insanı isə çılpaq yaratmışdır. Beləcə, insan həm örtünmə əmrinin savabını dərk etməli, həm də dünyadakı xəlifəlik vəzifəsini isbat etməlidir. Çünki insan bütün yer üzünə yayılan heyvan və bitkilərdən və digər maddələrdən əldə etdiyi geyimlərlə, bütün varlıqlar üzərindəki idarə gücünü, xəlifəliyinin təzahürlərindən birini göstərir.