Bloq Arxivləri

Bəzən qışqırsam da, hər kəlmələrinə içim məndən öncə “can” deyir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 12-ci yazı)

Cüməniz mübarək, dostlar. Müsahibə gözləyənlər üçün daha bir şairə xanımı qonaq gətirdim. Nahidə xanımı təqdim etmək üçün ürəyimdən keçənləri yaza bilmədim. Əslində yazacaqlarım vardı, müsahibəyə başlamazdan əvvəl. Amma təsadüf elə gətirdi ki, Nahidə xanım mənim yazmaq istədiyimi mənə sual kimi ünvanladı. Və bu da o deməkdir ki, siz bu haqda mənim öz müsahibəmdə oxuyacaqsınız. Buyurun, əziz dostlar, fikirləriniz, münasibətiniz mənimçün çox dəyərlidir.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Sadəcə Nahidə. Ailəli bir xanım.  Bu yazının davamını oxu

Advertisements

Dünyadan maraqlı faktlar

image

1975-ci də İngiltərəli bir ailə televiziyada ən sevdikləri proqramı izlərkən kişi yarım saat dayanmadan gülüb, nəticədə infarkt keçirərək ölüb. Həyat yoldaşı cənazədən sonra proqramın prodüserlərinə bir məktub yazaraq ərini həyatının son dəqiqələrində bu qədər xoşbəxt etdikləri üçün təşəkkür edib.

 
1985-ci də xilasedicilər “hovuzlarda heç kim boğulmasın” adlı mərasimi qeyd etmək üçün bir ziyafət verdilər. Ziyafətdə qonaqlardan biri hovuzda çox maraqlı bir şəkildə boğulub.

 
1983-cü ildə mağazada oğurluq edərkən tutulan San Diyeqolu bir qadın polislərə, əgər onu buraxmazlarsa göyərənə qədər nəfəsini tutacağını söyləyib. Polislər qadını buraxmayıblar, o da həqiqətən ölənə qədər nəfəsini tutub.
Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (II yazı)

image

 

Aviasiya

İnsanlar lap qədimdən quş kimi uçmağı arzulamış, uçan xalçalar, uçan sandıqlar haqqında nağıllar yaratmışlar. Bəzi insanlar isə qollarına quş lələklərindən olan qanadlar bərkidib, uçmağa səy də göstərmişlər. Ancaq bilmək lazımdır ki, insan qolunun gücü ilə deyil, ağlının qüdrəti ilə də uça bildi.
Uçuş aparatlarının ilk çertyojlarına italyan alimi və mühəndisi, rəssamı və heykəltəraşı Leonardo da Vinçinin əlyazmalarında təsadüf edilir. Böyük rus alimi Lomonosov isə vertolyot modelini qurmuş, onun uçmaq imkanını sübut etmişdir.
Başqa ölkələrin ixtiraçıları da qanadlı maşınların yaradılması ilə məşğul idilər. 1903-cü il dekabrın 17-də Amerikada Uinburq və Orvil Rayt qardaşlarının daxiliyanma mühərrikli uçuş aparatı havaya qalxıb, 32 metr uça bilmişdi. İnsanın ilk müvəffəqiyyətli uçuşu cəmi 59 saniyə sürmüşdü. Lakin bu əsil uçuş idi.
Aviasiya belə yaranmışdı (latınca “avis” quş deməkdir) .  Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (I yazı)

image   Həyat və yaşananlar artıq çoxdan sübut edib ki, elmi biliklərin açmadığı heç bir qapı yoxdur. Odur ki, övladlarımızı mükəmməl bilik sahibi etməkdən ötrü hər birimiz səylə çalışırıq. Dərsliklər, elmi və bədii ədəbiyyatlar, mətbuat, internet, bir sözlə, bütün informasiya mənbələri istər özümüzün, istərsə də övladlarımızın istifadəsindədir. Bu gündən sizə “Uşaq ensiklopediyası” adlı silsilə xəbər təqdim edirəm. Bu ensiklopediyada məqalələr əlifba sırası ilə düzülüb. Birinci cilddə “A” hərfindən “Ə” hərfinədək məqalələr verilib. Bu hissə “Abbas Səhhət” məqaləsi ilə başlayıb, “Əcəmi Əbubəkr oğlu” məqaləsi ilə bitəcək. Əziz uşaqlar, bilik aləminə aparan bütün yollar qoy həmişə üzünüzə açıq olsun!  Bu yazının davamını oxu