Bloq Arxivləri

Valideyn sevgisi

image Ailə cəmiyyətin kiçik formasıdır. O, nə qədər möhkəm olsa, onun üzvləri arasında bir-birlərinə qarşı sevgi, sayqı, qayğı nə qədər çox olsa, cəmiyyət də bir o qədər güclü və xoşbəxt olar.

Əcdadlarımızın əxlaqında valideynə münasibət.
Xalqımızdakı valideyn sevgisinin, valideynə hörmət və sayqının kökləri çox-çox qədimlərə dayanır. Əcdadlarımız valideyn sevgisinə və onlara itaətə böyük əhəmiyyət verirdilər. Tarixən valideynə sevgi, hörmət göstərməyən, onların bir sözünü iki edən övlad cəmiyyət içərisində heç bir hörmət görməzmiş. Əsrlər boyunca bu tərbiyə nəsildən-nəslə verilmiş, hər bir ailədə başlıca yer tutmuşdur. Başqa cür ola da bilməzdi, valideynin haqqını bilməyən insan nə Vətəninin, nə torpağının, nə qohum-qardaşının, nə də dost-tanışının qədrini bilməz.
Valideynə bu münasibət onların sahib olduqları əxlaqdan qaynaqlanırdı, bu əxlaq isə öyrədir ki, valideynə itaət etmək, onların qulluğunda durmaq Allaha şərik qoşmamaq, ona itaət etmək qədər əhəmiyyətlidir. Bu yazının davamını oxu