Bloq Arxivləri
Mən atamı istəyirəm…
Neçə ildir qulağım səsdə, gözüm yollardadır. Neçə ildir sənsiz olan bir həyatı yaşamaq məcburiyyətindəyəm. Neçə ildir ata deyib ağlasam da, gözümün yaşını axıtsam da sən səsimə səs vermirsən, səni yana-yana axtarıram, səni yana-yana itirdiyim kimi…
…Bu günümün pənahı atam, başımın tacı, məsləhət yerim, arxam, dayağım ata, heç yuxularıma da gəlmirsən neçə vaxtdır. Yoxsa incimisən, yoxsa küsmüsən məndən, ən sevimli qızından? Mən dünyaya, sən də mənə küsgünmüsən?! Hələ sağlığında mənə gələcək bəlalardan elə yuxularımdaca məni agah edər, hayıma yetərdin. Onda həyatdaydın çətinliyim olan kimi quş qanadında yetirərdin özünü. Nə qəribədir…o vaxt həm yuxuma, həm evimə gələn atam, bu gün nə yuxuma gəlir, nə də evimə… Bu yazının davamını oxu