Bloq Arxivləri

Lalə gülünün əfsanəsi (2-ci hissə)

…Düz üç gün, üç gecə idi ki, müdrik qoca divarı oymaqla məşğul idi. Nəhayət, üçüncü günün tamamında istədiyi oyuğu açıb divarın o tayına keçə bildi. Gördü ki, yerdə huşsuz halda bir qadın uzanıb qalıb. Tez barmaqlarını su ilə isladıb qadının dodağına toxundurdu. Alnına, sinəsinə suda islanmış əski parçası qoydu. Qadın handan-hana özünə gəlib gözünü açdı. Başının üstündə ağsaqqal, nurani qocanı görüb gözlərini bir az da iri açıb:
– Yoxsa Allah səsimi eşidib canımı aldı? Yoxsa daha əbədi olan dünyaya qovuşmuşam?- deyə, təlaşla soruşdu.
– Yox, qızım, sakitləş, özünü ələ al. Ölməmisən, bura da cənnət deyil, elə əvvəlki cəhənnəm bildiyimiz zindandır.
– Bəs siz kimsiniz? Bura necə gələ bildiniz?
– Sən sakitləş, özünə gəl, hamısını danışacam sənə. Hətta səni arzularına da qovuşduracam.  Bu yazının davamını oxu