Bloq Arxivləri

İşlənməyən cinayətin cəzası

…bayırda yağış yağır yenə. Əslində yağışı çox sevirəm. Amma payız yağışı nədənsə insanı darıxdırır. Hər yağış yağdığında “yağış yağır…” deməklə elə bil yağışın yağdığını içimdəki “mənə” xatırladıram… Yağ, yağış, Allahın göndərdiyi nemətsən, yağ doyunca…

Sabahınız xeyir, əzizlərim. Gec-gec göründüyüm üçün hər birinizdən üzr istəyirəm. Siz mənə dəyər verirsiniz, mənim də haqqım bu dəyəri qiymətləndirməkdir. Vaxtaşırı gələ bilməsəm də, barı yazılarımı maraqla və həsrətlə gözləyənləri intizarda qoymayım dedim. İndi təqdim edəcəyim yazı üstündə işlədiyim bir povestdəndir. İlk hissə ilə tanışsınız. Unudanlar üçün link qoyacam, istəyən yenidən oxuya bilsin deyə.  Bu yazının davamını oxu

Səsinin sehrinə düşdüyüm qadın

Laləzar_MustafayevaBelə bir hikmətli ifadə var:”Havanı olduğu kimi, küləyi əsdiyi kimi, qadını göründüyü kimi qəbul et”. İnsanı göründüyü kimi qəbul etmək çox vaxt həmin insan haqqında fikirlərimizi doğrultmaya da bilər. Amma mənim qəribə xasiyyətim var. İlk dəfə birini gördümsə və zahiri görkəmi diqqətimi çəkib məndə müsbət fikirlər oyatdısa, qarşımdakına xüsusi rəğbətim yaranır. Nə vaxtsa yanıldığımı hiss edərəmsə, o zaman çox üzülərəm, bunu da qeyd edim…

Bu gün danışacağım insan haqqında fikirlərim də, sevgim də elə ilk baxışdan formalaşdı və mən bu qadını sevdim. Xanımlığını, gözəlliyini, qadın üçün gərək olan bütün gözəllikləri özündə cəmləmişdi. Elə bil, Yaradan bu xanımdan heç nəyini əsirgəməmişdi. Onun baxışı, duruşu, səsindəki zabitə dolu ecazkarlıq, nitqindəki qüsursuzluq, nə bilim,… heç bilmirəm hansı gözəl xüsusiyyətindən yazım ki, fikrimi tamamlaya bilim. Məncə, bu hər xanıma nəsib olan xoşbəxtlik deyil…

Bu yazının davamını oxu