Bloq Arxivləri

Sobada lülə kabab

Lazım olan ərzaqlar:

Mal əti
Quyruq
Baş soğan
Duz, istiot
Pul bibər

Hazırlanması:

Ət, soğan, quyruq ətçəkən maşının xırda gözündən çəkilir. Ədviyyatlar vurulub qarışdırılır. Yarım saat soyuducuda saxlanılır. Sonra çöp şişlərə çəkilib sobaya bişməyə qoyulur.

 

Sobada lülə kabab

image

Lazım olan ərzaqlar:

1 kq yumşaq, yağsız mal əti

0,3 kq quyruq

3-4 ədəd baş soğan

Duz

İstiot

Cəfəri

Sumaq

Hazırlanması:  Bu yazının davamını oxu

Bəzi xörəklərin müalicəvi xüsusiyyətləri

02ecabd4cc

Müxtəlif xəstəliklər zamanı müəyyən qida və xörəklərdən istifadə olunması, pəhriz saxlanılması kimi məsələlər istər klassik, istərsə də müasir təbabətdə diqqətəlayiq yer tutur. Müəyyən xəstəliklərin müalicəsində münasib xörəklərdən istifadə etmək müsbət nəticə verir.


Umac və əriştə. Umacı, adətən buğda unundan hazırlayır, onu badam yağı, ispanaq, pərpələng və başqa göyərtilərlə birlikdə suda bişirirlər. Umac xörəyi öskürək, boğaz ağrısı, səsin kallaşması, sinə, bağırsaq və sidik kisəsi xəstəlikləri zamanı xeyirlidir, mədəni süstləşdirir. Umacı qatıq və turşularla yemək məsləhət deyil, bu zaman o çətin həzm olunur. Bədəni möhkəm olanlar üçün daha münasibdir, qəliz bəlğəm yaradır, onun bu cəhətini zərərsizləşdirmək üçün sarımsaq və bədənə istilik gətirən ədviyyatlar işlətmək məsləhətdir.
Əriştə də öz xüsusiyyətləri ilə umaca yaxındır. Bu yazının davamını oxu

Sobada badımcan salatı

image

Yayın ən sevilən yeməklərindən biri də badımcan salatıdır. Yəqin ki, bu təamı dadmayan yoxdur. Ən çox da kabab qonaqlıqlarında süfrəyə ikinci bir dadlı yemək kimi təqdim edilir. Bu salatın özəlliyi manqalda, közdə bişməsidir. Necə samovar çayının dadı qaz sobasında qaynayan çaydan fərqlidirsə, bax burda da elə fərq var. Amma qadınlar yaradıcıdır, zəhmətkeşdir, doğmalarına hər neməti daddırmaq üçün daima axtarışdadırlar. Bunun da asan yolunu tapıb, odunsuz, kömürsüz ortaya dadlı salat çıxarmağa nail olublar.☺️ Bu yazının davamını oxu