Bloq Arxivləri

Kəlbəcərsiz 23 il…

image

Kəlbəcər rayonu təbii-coğrafi şəraiti, tarixi, maddi-mədəni sərvətləri ilə Azərbaycanın zəngin torpaqlarından biridir. Çox heyiflər ki, bu gözəl diyar hərbi təcavüzə tuş gəldi- 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Tarixi abidələr qarışıq bütün maddi mədəniyyət nümunələri talan edildi. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi.  Bu yazının davamını oxu