Bloq Arxivləri

Qubadlının işğalı günü

image

Ağrımız, acımız bitib tükənmir. Mənfur düşmən elə bir yara vurmayıb ki, inləməyək, sızlamayaq…
1993-cü il avqust ayının 31-də daha bir rayonun bəxtınə qara səhifələr yazıldı. Qubadlı rayonu erməni quldurları tərəfindən talan oldu. Beş il idi ki, rayonun mərd igidləri düşmənlə ölüm-dirim mübarizəsinə qalxıb torpaqlarını düşməndən qoruyurdular.
Lakin Laçın, Ağdam, Füzuli, Cəbrayıl rayonlarını itirdikdən sonra Qubadlı faktiki olaraq yarımmühasirə vəziyyətində idi. 30-dan 31-nə keçən gecə Qubadlının başının üstünü qara buludlar aldı. Bu yazının davamını oxu

Zəngilan – sonuncu qurban

image

Zəngilan rayonu ən sonda “canını tapşırdı”. Düşmənin məkrli niyyətinin son ünvanı Zəngilan oldu. Görəsən, Zəngilanın zəhmətkeş əhalisi illərlə qurub yaratmışdılar ki, bu gün erməni adlı qaniçənlər bu yaradılanlara sahib çıxalar deyə? Zəhmətiylə, dişiylə, dırnağıyla ev- eşik qurmuşdular ki, bir mərmiyə göyə sovrula? Tüstüsü ərşə çıxan Zəngilanın haray səsi öz içində boğuldu. Düşmən qana doymamışdı hələ, hələ Azərbaycan torpağının hər qarışını azğın şəkildə caynağına keçirməkdən həzz alırdı. Bu yazının davamını oxu