Bloq Arxivləri

Qarabağın qara bəxti…

image

Yoruldum mən…sözün həqiqi mənasında yoruldum… 25 il az müddət deyil. Bir igidin ömrü qədərdir deyərlər. Bəs onda yetməzmi yas tutduğumuz? Bəs deyilmi həsrət?!.. Bəs deyilmi işğaldan yazmaq?!..Yurd üçün nigaranam bu gün mən…bu adi nigarançılıq deyil, bu fərd üçün yaşanan nigarançılıq deyil, sən ondan nigaran olasan, o isə digərindən…bu nigarançılıq sevgi kimi, yaxşılıq, hörmət kimi qarşılıq gözləmir. Çünki bu Vətənə olan hissdir! Vətən yeganə məfhumdur ki, onun üçün nə etsək qarşılıq almadan edərik. Sevsək də, nigaran qalsaq da, həsrət çəksək də…  Bu yazının davamını oxu

Kəlbəcərsiz 23 il…

image

Kəlbəcər rayonu təbii-coğrafi şəraiti, tarixi, maddi-mədəni sərvətləri ilə Azərbaycanın zəngin torpaqlarından biridir. Çox heyiflər ki, bu gözəl diyar hərbi təcavüzə tuş gəldi- 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Tarixi abidələr qarışıq bütün maddi mədəniyyət nümunələri talan edildi. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi.  Bu yazının davamını oxu

İşğal olunmuş rayonlar

AĞDAM

Ağdam_işğaldan_sonra_2

   Ağdam — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. Hazırda inzibati mərkəzi Ağdam şəhəri də daxil olmaqla ərazisinin böyük bir hissəsi erməni işğalı altındadır. 1747-ci ildə şəhər statusu almışdır. Bakıdan 358 km aralıda yerləşir. 1993-cü il iyul ayının 23-dən Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

• Ərazisi – 1154 km2
• Əhalinin sayı – 158000
• Şəhid olmuşdur – 538.
• Əlil olmuşdur – 587
• Milli qəhrəmanlar – 17  Bu yazının davamını oxu