Bloq Arxivləri

Həyatı saxlayın, düşmək istəyirəm…

image

İntihar…son on ilin ən çox rast gəlinən qorxunc ifadəsi. Səbəbi hər nə olursa olsun, hər bir kəsin Allah qarşısında etdiyi ən böyük günah bildiyi halda bu addımı son çıxış yolu seçmələri həyəcan siqnalının çoxdan çalınmasının gərək olduğuna sübutdur. Acınacaqlı haldır ki, hər il ötən illə müqayisədə intihar hallarının daha da çoxalması müşahidə edilir. Elə buna görə də Gülşən xanımın növbəti yazısını bölüşmək istədim. Marriflənmə cəmiyyətin sürükləndiyi bir çox problemin açarı olduğu kimi, düşünürəm ki, bu məqalənin də insanlara faydası daha çox olacaq.  Bu yazının davamını oxu

Xoşbəxtlik yolunda faciə

image

Şadlıq evindən bir başa evə gəlib otağına keçdi. Ardınca evə tələsən anasına nəyisə izah etməyə gücü yox idi. Heç bir qorxu hissi keçirmirdi. Bütün bədəni kimi beyni, düşüncələri də keyləşmişdi sanki. Bir az əvvəl yaşadıqlarını qorxulu filmi kənardan seyr edərcəsinə sakitlik vardı içində. Otağına keçib paltar şkafını açdı. Nə isə axtarırdı. Əlinə keçən qalın kəndiri götürüb qonşu otağa keçdi. O, bunu edəcəkdi. Yaşamağa nə haqqı, nə də artıq səbəbi qalmamışdı…

…Elyanı çox sevirdi. Qız da ona biganə deyildi. İstər maddi vəziyyəti, istər təhsili Elyadan çox-çox aşağı olsa da getdikcə dərinləşən münasibətləri bu fərqi görünməz edirdi. Qısa müddətdə bir-birinə bağlanan gənclər vaxt itirmədən yeni həyata başlamaq istəyirdilər. Təbii ki, ailə xeyir duası ilə…  Bu yazının davamını oxu