Bloq Arxivləri

Qadın bu həyatda hər kəsdən güclüdür… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 28-ci yazı)

Günaydın. Cüməniz mübarək, əzizlərim. Müsahibimi instagram dostlarımın əksəriyyəti tanıyır. İlk müsahibə zamanı Lətafətə təklif etdim ki, sən də müsahibim ol. Çünki onun ən yaxın dostları məhz birinci hissədə yer almışdılar. Bəhanələr edib boyun qaçırdı. Amma mənim də tərs tərəfim tutsa, istədiyimi əldə edənlərdənəm. ☺️ Elə bir zamanda, elə bir tərzdə “müsahibim olacaqsan bu dəfə” dedim ki, “yox” deyə bilmədi. Sözün düzü məndə israr yoxdu, istəməyənə ikinci dəfə təklif etmirəm. Amma Lətəfəti dostlarından ayrı tutmaq istəmədim. Həm də, hörmət etdiyim biri olduğu üçün bu layihədə ona da yer ayırdım.

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Salam, Sevinc Xanım. Əvvala mənə də müsahibənizdə yer ayırdığınız üçün sizə minnətdarlığımı bildirirəm.
Mən, Hacıyeva Lətafət üç uşaq anasıyam. Ailəm, doğmalarım mənimçün hər şeydən əziz və doğmadı.  Bu yazının davamını oxu

Advertisements

Bəzən qışqırsam da, hər kəlmələrinə içim məndən öncə “can” deyir…(Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 12-ci yazı)

Cüməniz mübarək, dostlar. Müsahibə gözləyənlər üçün daha bir şairə xanımı qonaq gətirdim. Nahidə xanımı təqdim etmək üçün ürəyimdən keçənləri yaza bilmədim. Əslində yazacaqlarım vardı, müsahibəyə başlamazdan əvvəl. Amma təsadüf elə gətirdi ki, Nahidə xanım mənim yazmaq istədiyimi mənə sual kimi ünvanladı. Və bu da o deməkdir ki, siz bu haqda mənim öz müsahibəmdə oxuyacaqsınız. Buyurun, əziz dostlar, fikirləriniz, münasibətiniz mənimçün çox dəyərlidir.

Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz.
1. Müsahibim kimdir, sizi necə tanıyaq?
– Sadəcə Nahidə. Ailəli bir xanım.  Bu yazının davamını oxu