Bloq Arxivləri

“İnsanı öldürmək” – Cek London

g2210_800

 

Evi zəif gecə lampaları zorla işıqlandırsa da, qadın özünə yaxşı tanış olan böyük otaqlarda və geniş salonlarda sərbəst gəzir, yarımçıq qoyduğu şeirlər kitabını axtarırdı. Axşamtərəfi kitabı harasa qoymuş, indi isə xatırlamışdı. Qonaq otağına giribişığı yandırdı. Qadının çılpaq boynu və çiyinləri kənarları krujevalı, solğun qırmızı ipək donun içində üzürdü. Gecədən keçməsinə baxmayaraq, qadının barmaqlarındakı üzüklər bərq vururdu, qızılı saçları səliqəylə yığılmışdı. O çox gözəl, zərif qadın idi. Al dodaqlı yumru sifətində mavi gözləri parıltı saçırdı. Gözlər gah bakirə qız məsumluqu ilə geniş açılır, gah da qəddar, boz və soyuq olurdu, bəzən isə orada nəsə vəhşi, amiranə və inadkar əlamət sezilirdi.

Qadın qonaq otağının işığını söndürüb dəhlizə çıxaraq başqa otağa üz tutdu. Qapının yanında dayandı. Nəsə onu ehtiyatlı olmağa vadar edirdi. Zəif səs eşitdi. Yüngül bir xışıltı idi, sanki otaqda kimsə hərəkət edirdi. Qadın and içə bilərdi ki, heç nə eşitməyib, ancaq nəsə özünü ələ ala bilmirdi. Gecənin sükutu pozulmuşdu. Qadın öz-özündən soruşurdu ki, gecənin bu çağı xidmətçilərdən kim otaqlarda gəzə bilər? Eşikağası ola bilməzdi: o kişi erkən yatmaq vərdişini yalnız xüsusi hallarda dəyişirdi. Qulluqçu da ola bilməzdi: qadın özü o qıza bir gecəlik icazə vermişdi.

Bu yazının davamını oxu