Bloq Arxivləri

Dəbli geyim nümunələri

image

Yəqin ki, fikrimlə çoxunuz razılaşarsınız, qadını qadın kimi zərif, iç dünyasının incəliyini göstərmək üçün onu yalnız xanımlığa xas geyimlə geyindirmək lazımdır.

Yaradan qadını yaradarkən ona gözəl görünməsi üçün fərqli əzalar bəxş edib. Üzü keçmişdən bu yana bütün şairlərin ilham mənbəyi olub; “sinə meydan, zülf pərişan, bel nazik” ifadələri. Bəs bütün bunları əks cinsin geyimində canlandırmaq olarmı? Başqa bir mahnının sözlərində isə belə deyilir: “Kətan köynək, nazik bədən, gördüm xumar oldum…”

Bu yazının davamını oxu