Bloq Arxivləri

İlk türk hərbi pilot qadın

image

Səbihə Göyçən 22 mart 1913-cü ildə Bursada doğulub. Bir pilot və yazıçı kimi məşhurlaşıb. Mustafa Kamal Atatürkün səkkiz mənəvi övladından biridir.
Ana və atasını kiçik yaşında itirən Səbihə 1925-ci ildə – 12 yaşındaykən Bursanı ziyarətə gələn ölkə başçısı Atatürkə yaxınlaşmağı bacarıb və bu böyük insana oxumaq istəyini bildirib. Atatürk çətin şəraitdə yaşayan Səbihəni övladlığa götürərək özüylə Ankaraya gətirir.
Səbihə Ankaradakı Amerika qız kollecində təhsil almağa başlayır. Amma xəstəliyi səbəbindən təhsilini yarımçıq qoyub müalicəüçün Viyanada getməyə məcbur olur. Bu yazının davamını oxu