Bloq Arxivləri

İlaxır çərşənbəniz mübarək

 

image

Bu gün Novruz çərşənbələrinin sonuncusu – Torpaq çərşənbəsidir. Xalq arasında “yer çərşənbəsi”, “ilaxır çərşənbə” və ya “torpaq çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnanca görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Bu çərşənbə öz xüsusiyyətlərinə və Novruz bayramına yaxın olduğuna görə daha çox sevilir və seçilir. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, fala baxma və sairə kimi qədim adət-ənənələr öz aktuallığını hələ də qoruyur.  Bu yazının davamını oxu

Od çərşənbəniz mübarək

image

Su çərşənbəsini niyyət və ümidlərimizlə qarşıladıq, yola saldıq. Bu gün isə Od çərşənbəsidir.

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə bağlıdır. Od yerə nəfəs verir, isidir, qışda donmuş torpaqların donunu açır. Od çərşənbəsində də su çərşənbəsindəki kimi tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Bu yazının davamını oxu