Bloq Arxivləri

Qabusnamə (9-cu fəsil)

image

Doqquzuncu fəsil
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA

Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu demişdir: “Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı deyirlər”. Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. Necə ki, bir qoca kişi demişdir: “Cavanlığımda yaman fikir çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, indi qocalmışam, mən özüm onları istəmirəm”.  Bu yazının davamını oxu

Qabusnamə (5-ci fəsil)

image

Beşinci fəsil

ATA VƏ ANAYA HÖRMƏT HAQQINDA

Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır.

Demə ki: “ata-anamın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən olmamışam”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür.  Bu yazının davamını oxu

Qabusnamə (4-cü fəsil)

image

Dördüncü fəsil

İMKAN OLDUQDA İTAƏTİN ARTIRILMASI HAQQINDA

Ey oğul, bil ki, Allah-taala varlılar və seçilmiş bəndələri üçün daha iki dini vəzifə tə’yin etmişdir: bunlardan biri həcc, digəri isə Zəkatdır. Buyurmuşdur ki, kimin imkanı varsa, onun evini ziyarət etsin, yoxdursa, etməsin. Görmürsənmi bu dünyada da şah sarayının qapıları yalnız dövlətli adamların üzünə açıq olur.  Bu yazının davamını oxu