Bloq Arxivləri

Qabusnamə (1-ci fəsil)

image

Birinci fəsil
ALLAhI DƏRK ETMƏK YOLU HAQQINDA
Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə biləndir, yalnız o böyük yaradandan başqa. Onu dərk etməyə yol yoxdur, ondan savay nə varsa, hamısı dərk edilə bilər. Sən yalnız o zaman haqq-taalanı dərk edə bilərsən ki, özün dərketməz olasan.

Dərk edilən naxış, dərk edən isə nəqqaş kimi bir şeydir, əgər maddə naxış qəbul etmirsə, heç bir nəqqaş onun üzərinə naxış vurmağı bacarmaz. Görmürsənmi, mum daşa nisbətən daha tez naxış qəbul edən olduğundan ondan möhrə hazırlayırlar, daşdan isə hazırlamırlar. Deməli, dərk edilmiş hər bir şeydə bir dərkolunma xüsusiyyəti var və o, yaradanın nəyə qabil olduğunu göstərir. Bu yazının davamını oxu