Bloq Arxivləri

Qabusnamə (2-ci fəsil)

image

İkinci fəsil
PEYĞƏMBƏRLƏRİN YARANMASI HAQQINDA

Ey oğul, bil ki, böyük yaradan bu dünyanı məqsədlə yaratmış hədərə yaratmamışdır, onu ədalət və hikmət əsasında
qurmuşdur, çunki o varlığın yoxluqdan, xeyrin şərdən, bolluğun qıtlıqdan, gözəlliyin eybəcərlikdən daha yaxşı olduğunu bilirdi. O, bunların hər ikisini bilir və hər ikisini yaratmağa qadir idi, lakin o, yaxşılarını yaratdı, bildiyinin əksinə etmədi, hər şeyi vaxtında və ədalət əsasında yaratdı, cəhl, fəsad və nadanlıq əsasında yaratmadı. Beləliklə, dünyanın bünövrəsi hikmətlə qoyuldu. Hər nə gözəl idisə, onu da yaratdı. Bu yazının davamını oxu