Bloq Arxivləri

İşlənməyən cinayətin cəzası

Axşamınız xeyir, əzizlərim. İşimi yarımçıq qoymaq adətim deyil, bilirsiniz bunu. Amma həyat biz istədiyimiz axarda davam etmir, bunu da bilirik. Bu gün aylardır yazmağa başladığım, amma bitirə bilmədiyim povestdən bir hissəni paylaşmaq istəyirəm sizinlə. Povest üçün nöqtəni qoymuşam, hadisələr, süjet xətti, hər şey yığcam formada hazırdır artıq. Qalıb yazıya köçürüb qələmə almaq. Allahın izni ilə bitirmək qismət olar və həmişəki kimi dəyərli dostlarım da dəyərli fikirləri ilə münasibət bildirərlər. Bilirəm ki, yazılarımı maraqla gözləyənlər var, elə isə, buyurun, oxuyun ☺️

Bu yazının davamını oxu

Advertisements

Padşahlar da sevərmiş…

Hər birimizin özümüzə məxsus həyatımız var. Şəxsi həyatımız, iş həyatımız, sosial həyatımız… Bütün bunlar hamısı öz axarında davam etməkdədir. Amma hamısı da bizə “aid”…

Hamımız bilirik ki, padşahlar da bizim kimi insanlardılar. Onların da şəxsi həyatları, şəxsi zamanları və iş həyatları var. Digər padşahlar kimi Osmanlı padşahlarının da siyasi həyatları qədər şəxsi həyatları da hər zaman diqqət mərkəzində və nəzarətdə olub. Onların da hər insan kimi acınacaqlı şəkildə eşq həyatı yaşamaları bəlkə də bizlər üçün qəribə gələ bilər…Amma unutmayaq ki, padşahlar da sevər, onlar da eşq əzabı yaşaya bilərlər.  Bu yazının davamını oxu

Lalə gülünün əfsanəsi (2-ci hissə)

…Düz üç gün, üç gecə idi ki, müdrik qoca divarı oymaqla məşğul idi. Nəhayət, üçüncü günün tamamında istədiyi oyuğu açıb divarın o tayına keçə bildi. Gördü ki, yerdə huşsuz halda bir qadın uzanıb qalıb. Tez barmaqlarını su ilə isladıb qadının dodağına toxundurdu. Alnına, sinəsinə suda islanmış əski parçası qoydu. Qadın handan-hana özünə gəlib gözünü açdı. Başının üstündə ağsaqqal, nurani qocanı görüb gözlərini bir az da iri açıb:
– Yoxsa Allah səsimi eşidib canımı aldı? Yoxsa daha əbədi olan dünyaya qovuşmuşam?- deyə, təlaşla soruşdu.
– Yox, qızım, sakitləş, özünü ələ al. Ölməmisən, bura da cənnət deyil, elə əvvəlki cəhənnəm bildiyimiz zindandır.
– Bəs siz kimsiniz? Bura necə gələ bildiniz?
– Sən sakitləş, özünə gəl, hamısını danışacam sənə. Hətta səni arzularına da qovuşduracam.  Bu yazının davamını oxu

Xoşbəxtlik yolunda faciə

image

Şadlıq evindən bir başa evə gəlib otağına keçdi. Ardınca evə tələsən anasına nəyisə izah etməyə gücü yox idi. Heç bir qorxu hissi keçirmirdi. Bütün bədəni kimi beyni, düşüncələri də keyləşmişdi sanki. Bir az əvvəl yaşadıqlarını qorxulu filmi kənardan seyr edərcəsinə sakitlik vardı içində. Otağına keçib paltar şkafını açdı. Nə isə axtarırdı. Əlinə keçən qalın kəndiri götürüb qonşu otağa keçdi. O, bunu edəcəkdi. Yaşamağa nə haqqı, nə də artıq səbəbi qalmamışdı…

…Elyanı çox sevirdi. Qız da ona biganə deyildi. İstər maddi vəziyyəti, istər təhsili Elyadan çox-çox aşağı olsa da getdikcə dərinləşən münasibətləri bu fərqi görünməz edirdi. Qısa müddətdə bir-birinə bağlanan gənclər vaxt itirmədən yeni həyata başlamaq istəyirdilər. Təbii ki, ailə xeyir duası ilə…  Bu yazının davamını oxu

Bir şəhidin hekayəsi

image

1992-ci ilin baharı idi. Müharibənin qızğın döyüşləri gedən zamanlardı. Hər gün cəhbədən bir əsgər meyidi gəlir,hər səhər ağlaşma səslərinə oyanırdıq. Anaların ağlaşması, fəryadını eşitdikcə artıq biz uşaqlar gülməyi belə unutmuşduq az qala.

Bu səhər həmişəkindən fərqli olaraq qonşu qadının və qızlarının gülüş, sevinc səsiinə yuxudan oyandıq. Bir neçə il əvvəl Qərbi Azərbaycandan qaçqın gələn qonşumuzun ailəsi idi sevinən. Ailənin böyük oğlu Babək bir neçə gün sonra Almaniyadan qayıdacaqdı.Nişanlısı Səidə bir neçə il idi ki,onun yolunu gözləyirdi. Bir-birini sevib nişanlanmışdılar. Babəkin ata-anası oğlunun gəlişini gözləmədən artıq Səidənin cehizlərini də gətirmişdilər. Səidə özü də gəlmişdi. Bu yazının davamını oxu

Pəncərə arxasından həyat

image

Həmişəki kimi yenə evdə tək idi. Yox, o təklikdən sıxılmırdı. Başqaları üçün təklik üzüntü, darıxdırıcı olsa da ona görə təklik özü ilə tək qalıb özü ilə dərdləşmək demək idi. Son günlər bu təkliyə, özü ilə danışmağa yaman ehtiyacı vardı. Həkimlərin son diaqnozundan sonra qəti bir qərar verməli idi. Bu qərarı da ancaq beynindəki fikirlərilə qəlbindəki hissləri bir araya gəlib verə bilərdi. Müalicə alması üçün bu evdən qısa müddətə olsa getməliydi. Həkim də son tövsiyələrində bunu xüsusi vurğulamışdı. Ancaq yeni nişanlanmış, sərbəst həyata yeni atılan oğlu Mahir və orta məktəbin son sinfində oxuyan qızı Güləri necə buraxıb getsin? Çox qorxurdu. Bu yazının davamını oxu