Bloq Arxivləri

Sənsiz də keçərmiş ömür…

Hərdən heç nə hiss etmərik aclığı, susuzluğu belə…
Yorğunluqmu, qırğınlıqmı bilmirəm… Hiss etmərikmi, etmək istəmərikmi?..
Varlığımızı da, nəfəs alışımızı da unudarıq bəzən. Özümüz də bilmədən bir yerə dikilib qalarıq, gözlərimiz yol çəkər. Bir rəqəmin üstündə ilişib qalmış saat əqrəbi kimi…
Yaşanmışların yükündənmi, yaşanacaqların qorxusundanmı, sevdiklərimizin həsrətindənmi, itirdiklərimizin acısındanmı..?
Bəzən çox çalışarıq güclü və xoşbəxt görünməyə nədənsə alınmaz..
Özümüzlə oynadığımız yalançı oyunların nəticəsindənmi, yoxsa yaşlanmış aktyorların yorğun düşmüş kimi halındanmı… Ya da səriştəsiz aktyorların təcrübəsiz vəziyyətindənmi?  Bu yazının davamını oxu

Bu yolu birgə addımlamaq lazım

mutlu-evlilik

 
Hər bir kişinin həyatında 3 qadının olması vacibdir: ana, həyat yoldaşı, və onu kişi hesab edən digər bir qadın. Qabriel Laub deyib bunu, amma kişilər deyəsən heç də belə düşünmür. Buyurun, birgə oxuyaq və müzakirə edək. 
Bir ailə içində kişinin istəkləri, adətən, qadının istəklərindən daha çox, daha üstün olar. Məsələn, eyni iş yerində çalışan kişi və qadın işdən evə döndükdə, kişi evə girər-girməz “çox yoruldum” deyə uzanar. Təbii qadının belə bir imkanı yoxdur, üstəlik sevimli həyat yoldaşı hələ ondan dadlı bir şam yeməyi də gözləyir.

Bu yazının davamını oxu