Bloq Arxivləri

Dərini qoruyan və gözəlləşdirən qidalar

Fəsillərin içində biri var ki, onu gözləyənlərin sayı hər zaman üstünlük təşkil edib. Bu geridə qoyduğumuz yay fəslidir. İl boyu yorğunluğun dincini çıxartmaq üçün ən münasib vaxt. İstirahət zonaları, xarici ölkələrə səfər, bağ mövsümü, dəniz, qum…
Bunlar hamısı ilk baxışdan çox gözəldir. Amma əks tərəfi də olmaya bilməz, bu da təbii haldır. Bu gün onlardan biri haqqında danışacam.
Uz dərisi qızmar günəşdən, dəniz suyundan, qumdan və digər amillərdən həm zədələnə, həm də elastikliyini itirə bilər. Bu həssas dərilər üçün daha çox keçərlidir. Payız qapımızı döyüb bunu, bax elə bu an əsən şiddətli külək də sübut edir. Hələ bəlkə bir azdan yağış da yağmağa başlayacaq. Yağış yağır…hmmm..nə isə, mövzudan uzaqlaşmayım. Bu yazının davamını oxu

Üz dərisinin gözəlliyi üçün maska

imageHər bir qadın dərisinin gözəl olmasını çox istəyir, xüsusən də üz dərisinin gözəlliyi üçün müxtəlif üsulları sınaqdan keçirirlər. Şokolad maskası haqqında yəqin ki, çoxunuz eşitmisiniz. Qeyd edim ki, şokoladla yanaşı kakao tozu da çox gözəl və güclü təsirə malikdir. O dərini qoruyur və dəriyə ciddi ziyan vuran radikallardan azad edir. Maskalardan mütəmadi istifadə zamanı dəri zərif, hamar, səliqəli və parlaq olur.

Bu yazının davamını oxu