Bloq Arxivləri

Ayrılıq vüsaldan əvvələ düşdü

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.   Bu yazının davamını oxu

Advertisements

Bu da bir alın yazısıdır…

image

Aprel ayının 17-dən 18-nə keçən gecə…özünün qaranlığını yeni ailə qurmuş iki gəncin taleyinə həkk etdirdi bu gecə. Qaranlığı nə qədər qorxulu idisə, gətirdiyi bəla daha betər oldu. O gecə bir igidin ömrünə şəhidlik yazıldı, o gecə bir qadının gözlərində sevgi dondu, o gecə bir körpə beşiyində aramsız ağladı, o gecə hələ ana bətnində olan bir körpənin gözlərinə ömürlük ata həsrəti çökdü… Bilirəm, ruhun çox nigarandı bu gün, Namiq. Sən olsaydın hər şey başqa cür olacaqdı bəlkə də…təsəllini onda tap ki, sənin sevgini qoruyan bir qadın yaşayır ocağında. Ömrünün ən gözəl illərini sənlə yaşamaq varkən, 26 ildir sənli keçən qısa bir ömrün xatirəsinə sığınıb, sənə sadəqətli yarın. Tale ona səndən sonra ikinci zərbəni vurdu, qızını da aldı əlindən. Amma dərdə dözümlü yarın bunu da içinə sinə bildi…Sevgini heç kimə təslim etmədi, üzünü belə görmədiyi atasını kimsəyə dəyişməsin deyə tək başına böyütdü oğlunu. Sənin adına layiq böyütdü həm də…  Bu yazının davamını oxu

Şəhidlərimizi anaq…(“Taleyin həsrət qisməti” romanından bir hissə)

 

image

…Günay üçün gün çox qəribə hisslərlə başlamışdı. Nədənsə bir yerdə qərar tuta bilmirdi. Heç dərsə də diqqətini toplaya bilmirdi. Bu əhvalla altı saatı sözün əsl mənasında yola verib evə döndü. Məktəbli formasını dəyişib çay süzdü, yemək yeməyə də iştahası yox idi. Bacısı işdən dönməmişdi, atası da evdə yox idi. Anası isə gözünə dəymirdi nədənsə. Atasının böyük həvəslə aldığı qrammafona yaxınlaşdı. Plastinkaları əlinə alıb bir-bir baxdı. Tanınmış müğənnilərin çoxunun lent yazısı vardı burda. Amma nədənsə diqqətini Bülbülün şəkli olan plastinka cəlb etdi. Mahnıların adları oxudu “Ölkəm”, “Sevgili canan”,  “Gülə-gülə”,  “Xumar oldum”, “Üç telli durna”. Qrammafonu işə saldı, Bülbülün səsi otağa yayıldı:  Bu yazının davamını oxu

Ayrılıq vüsaldan əvvələ düşdü…

image

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.  Bu yazının davamını oxu