Bloq Arxivləri

Qanın yerdə qalmasın, körpə fidanım…

Mənim səhifəm xəbər portalı hesab olunmur, şəxsi bloqumun səhifəsidir deyə, gündəlik məlumatlar paylaşmıram. Amma axşam oxuduğum məlumat və ürəyimin sızıltısı bunu yaz dedi… Dünən gecə saatlarında Füzuli rayonunun Alxanlı kəndi erməni silahlı birləşmələri tərəfindən atəşə tutulub. Nəticədə iki mülki şəxs dünyasını dəyişib, bir nəfərsə yaralanıb. Müharibə şəraitində yaşayan bir dövlət üçün hər gün itki vermək adi hal kimi qarşılana bilər. Amma şəkildəki o məsum körpənin üzünə baxmağa kimin cəsarəti var? Nəydi o körpənin günahı? Niyə bir gülləylə ömrünün açmayan qönçəsini soldurdular? Niyə susuruq görəsən? Bəs deyilmi yaşadıqlarımız? Döyüş istəyirsən, savaş istəyirsən sənə ən yüksəyini göstərməyə hazır Azərbaycan oğulları var. Kişi olun bir dəfə, kişi kimi vuruşun! Aslan kölgəsində yatıb az tülkülük edin! Və unutmayın! Mənim Vətənimin qəhrəman oğulları var! Hər öldürdüyünüz körpə üçün cavabınızı layiqincə verəcəklər! Heyf ki, Allah bizə səbir verib…

Azad bir quşdum…

imageÖlkəmizdə müharibə getdiyi bir vaxtda bəzi insanların elə bil “humanizm” damarı tutub. “Öldürməyək”, “qıymayaq”, “yazıqdırlar”, “onalrın nə günahı var” kimi fikirlərlə çox qarşılaşıram. Yəqin bunu dilinə gətirənlər başımıza açılan müsibətlərdən xəbərsizdirlər, ya da biganəlikdən doğan düşüncədir.  Bu hekayəni təqdim etməyimin də səbəbi, erməni vəhşiliyinin sübutu olan hadisəylə sizi də tanış etməkdir. 

Iki il əvvələdək həyatında hər şey başqa cür idi. Xoşbəxt olmaq üçün səbəbləri o qədər çox idi ki…Sevdiyi qızla uzun mübarizədən sonra ailə qurmağa nail olmuş, bu sevgidən dörd övladı dünyaya gəlmişdi. İki oğul və iki qız atasıydı Azad. Həyat yoldaşı Aygül evdar qadın idi. Onun işi evdə uşaqların tərbiyəsilə məşğul olmaq və əri işdən qayıdınca onu mehriban, xoş üzlə qarşılamaqdan ibarət idi. Bu yazının davamını oxu