Bloq Arxivləri

Mən Şuşadan gəlirəm…

25 il az bir müddət deyil. El arasında – “bir igidin ömrü” də deyilir. Bu yazını iki il bundan əvvəl yazmışdım, içimdə qəribə bir inam hissi ilə…inanırdım ki, növbəti yaz o qırmızı lalələr düşmən ayağının tapdağından, düşmən nəfəsindən xilas olacaq. Amma…dəyişən heç nə yoxdur… Yenə də şəhid, yenə də anaların fəryadı, yenə də ürəklərdə Qarabağ həsrəti yaşayırıq…yurd həsrəti ilə yaşamağa yaşamaq deyilirsə…

Bu arada, hamınızı salamlayıram, mənm sadiq və vəfalı dostlarım…

…qıpqırmızı lalələr çəmən çiçəkləri ilə baş-başa verib şirin-şirin pıçıldaşırdılar. Elə bil neçə illərin həsrətli sevgililəri idilər. Quşların cəh-cəhlə oxuması, bülbülün Xarı bülbülə, öz sadiq sevgilisinə vəfası, buludların səmada düzülüşü belə, bir xoşbəxtlik tablosu idi.

Cıdır düzündə igid-igid oğlanlar əllərində Azərbaycanın üçrəngli bayrağı at çapırdılar. İsa bulağının buz bulağından su içmək üçün qızlar boy-boya vermişdilər. Ağacların yenicə tumurcuqlamış budaqlarında min rəng vardı. Başı dumanlı dağların ən uca zirvəsi belə açıq-aydın görünürdü…  Bu yazının davamını oxu

31 Mart soyqırımı

image

Əsrlərdir türk qanına susamış erməni quldurlarının başımıza gətirmədikləri fəlakət qalmayıb. Torpaqlarımızdan, varımızdan , mülkümüzdən göz çəkməyən nankorlar hər cür pislikləri ilə tarix boyu xalqımıza ziyan vurublar.

1918-ci il 31 mart tarixində S.Şaumyanın başçılıığı ilə bolşevik-daşnaq birləşmələri Azərbaycanda misli görünməmiş soyqırımı törətdilər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xallqının tarixinə qan yaddaşı kimi həkk olundu. Bu yazının davamını oxu

Xocalı çəkilməyən acımızdır…

image

Xocalı torpağımızın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələr burada hələ 2.500- 3.000 il əvvəl adamların yurd saldığını xəbər verir. Xocalı Ağdam – Əsgəran-Xankəndi- Şuşa magistral yolunun üstündə, başqa sözlə desək, strateji cəhətdən olduqca vacib yerdə salınmışdır. Qarabağın dağlıq hissəsində yeganə aeroport lap yaxınlıqda idi. Kənd sakinləri əsasən südçülük-tərəvəzçilik sovxozunda çalışırdılar. Azğın düşmənlərimizin hücumundan sonra Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi, Xocalıda da həyat öz adi məcrasından çıxdı…  Bu yazının davamını oxu