Bloq Arxivləri

Böyük sevgi

image

…O, çox günahlar etmişdi. Törətdiyi qətllərin sayı-hesabı bilinmirdi.”Qatil” deyə tanıyırdılar onu. Deyilənə görə 99 adam öldürmüşdü. Bu say hər an 100-ə də çata bilərdi. Bir gün adam öz əməllərindən peşman olub haqq yoluna gəlmək istəyir. Amma haqqın yoluna gəlməsi üçün də ona bir istiqamət verən gərəkdir. Bu məqsədlə axundun yanına gəlib deyir:

-Mən çox peşman olmuşam. İstəyirəm düzəlim. Mənə bir məsləhət verin.  Bu yazının davamını oxu

O, bizim təsəllimiz

image

Əhvalımız hansısa səbəbdən pisləşəndə-mənəvi, fiziki ağrılar çəkib, sıxıntılarla üzləşəndə ətrafımızdakı insanlardan təsəlli umuruq. Bizi nə iləsə ovutmalarını gözləyirik. Söylədikləri sözlər yaramızı sağaltmasa belə… Dərdli olduğumuz zaman yanımızda biriləri öz böyük dərdindən danışarkən bir anlıq da olsa sakitləşirik… Yox, bu başqasının ağrısına sevinmək deyil. Sadəcə çoxumuz daxilən zəif olduğumuz üçün sakitliyi başqalarının bizim beynimizə yeritdiyi bu fikirdə tapırıq: ”Bu problemi yaşayan nə ilk, nə son insan sən deyilsən! Bax, mən səndən də betərəm.” Və o adam öz “betər hal” ını bizə anlatdıqca yolumuza çıxan maeələrlə rastlaşan ilk və son insan olmadığımızı, başımıza gələn uğursuzluqları başqalarının da yaşadığını bilərkən tək olmadığımızı bir daha xatırlayırıq. Bu yazının davamını oxu