Bloq Arxivləri

İşlənməyən cinayətin cəzası

…bayırda yağış yağır yenə. Əslində yağışı çox sevirəm. Amma payız yağışı nədənsə insanı darıxdırır. Hər yağış yağdığında “yağış yağır…” deməklə elə bil yağışın yağdığını içimdəki “mənə” xatırladıram… Yağ, yağış, Allahın göndərdiyi nemətsən, yağ doyunca…

Sabahınız xeyir, əzizlərim. Gec-gec göründüyüm üçün hər birinizdən üzr istəyirəm. Siz mənə dəyər verirsiniz, mənim də haqqım bu dəyəri qiymətləndirməkdir. Vaxtaşırı gələ bilməsəm də, barı yazılarımı maraqla və həsrətlə gözləyənləri intizarda qoymayım dedim. İndi təqdim edəcəyim yazı üstündə işlədiyim bir povestdəndir. İlk hissə ilə tanışsınız. Unudanlar üçün link qoyacam, istəyən yenidən oxuya bilsin deyə.  Bu yazının davamını oxu

Cəmiyyətdə qadınlara münasibət – (Qadınlar mövzusunda I yazı)

image

Qanunlar ağır cəzaların tətbiqinə imkan verərsə, cinayətin qarşısını ala bilərmi? Təəssüf ki, əsrlər boyu davam edən bu səhv düşüncə günümüzə qədər gəlib çıxmış və bu gün də qadını insan kimi yox, kişinin əmlakı olaraq görən düşüncə sahibləri qalmaqdadır. Cinayətlərin əsl səbəbləri nələrdir? Onu törədənlərin ən ağır cəzaya- güllələnməyə, dar ağaçından asılmağa məhkum edilməsi, doğrudanmı, digər çinayətlərin aradan qalxmasına kömək edəcəkdir?! Əlbəttə ki, yox!
Əgər bir cəmiyyətdə cəhalət varsa, cinayətlər bitməz! Məşhur filosof Zeydan “Əxlaqın çoxaldığı yerdə dövlətin xərci azalır”- deyəndə, necə də haqlı fikir söyləmişdir. Bu yazının davamını oxu