Bloq Arxivləri

Yel Çərşənbəniz Mübarək

image

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.
Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir.  Bu yazının davamını oxu

Od çərşənbəniz mübarək

image

Su çərşənbəsini niyyət və ümidlərimizlə qarşıladıq, yola saldıq. Bu gün isə Od çərşənbəsidir.

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə bağlıdır. Od yerə nəfəs verir, isidir, qışda donmuş torpaqların donunu açır. Od çərşənbəsində də su çərşənbəsindəki kimi tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Bu yazının davamını oxu

Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi

image

Hər bir xalqın tarixində müxtəlif bayramlar, el şənlikləri olmuşdur. Onlardan bəziləri xalqa yad müəyyən bir ideologiya ilə bağlı olduğundan zaman keçdikcə unudulmuş, yaddaşlardan silinmişdir. Yalnız o bayramlar əsrlərin sınağından keçir ki, onların əsasında humanist milli və bəşəri ideyalar durur. Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi belə bayramlardan biri də Novruz bayramıdır. Kökü hələ “Kitabi- Dədə Qorqud” erasına gedib çıxan Novruza tarixən qadağalar qoyulsa da, o, bu gün də öz adət-ənənələri bir sıra türkdilli xalq və dövlətlərdə təntənə ilə qeyd edilir. Bunlara Azərbaycan, Türkiyə, Türkmənistan, İnqusetiya, Qaraçay, Kabardi-Balkar, Dağıstan, Çeçenistan, Tuva Altay və s. aiddir.  Bu yazının davamını oxu