Bloq Arxivləri

Bağışlamağı bacarırsınızmı?

Xoş gördük, gəlişimi səbirsizliklə gözləyənlər, xoş gördük, hər günü nigarançılıqla keçənlər, xoş gördük, dəyər verib xəbər tutanlar, xoş gördük, özləri səhifəmdə olmasalar da ürəklərində olduqlarım, xoş gördük, kənardan oğrun-oğrun baxanlar, xoş gördük əzizlərim! Mən gəldim ☺️ Pozitiv bir salamlaşma ilə günə başladım, gününüz aydın olsun 💐 Əliboş gəlməmişəm, maraqlı bir mövzuyla gəlmişəm. Oxumaq istəyənlər buyursun.

Nifrətə qalib gəlməyin yeganə yolu var: Bağışlamaq… Başqalarını bağışlayanda biz azad oluruq. Nifrət isə həyatdan zövq almağımıza, insanların gözəl tərəflərini görməyimizə mane olur. Nifrət dolu bir həyatsa, deyərdim bədbəxt bir həyatdır…  Bu yazının davamını oxu

Bizi bağışlayın, əziz balalar…

big_1432035751_usaq

Müharibələr, tökülən qanlar, başımıza açılan müsibətlərin heç birindən günahsız olan uşaqların taleyi  yan keçmədi. Uşaqlar süngüyə keçirildi, iri boruların içinə doldurulub hər iki tərəfdən lehimləndi, min bir işgəncə ilə qətlə yetirildi. Heç uzağa gedib fikrinizi qarışdırmaq istəməzdim, iki onillik geriyə nəzər salsanız kifayət edər. Qarın üzərində donaraq qalmış, gözü çıxarılmış, üstündə min bir iyrəncilik edilmiş günahsız fidanlar…

Bu yazının davamını oxu