Bloq Arxivləri

Bir qadının taleyindən sətirlər… (3-cü hissə)

Beləcə həyat davam edirdi. Hicranın ürəyi heç nədən açılmırdı. Gah evdə, gah istixanada işləyir, gah da övladları ilə məşgul olurdu. Farizin münasibəti get-gedə pisləşirdi. Nədən belə dəyişdiyini anlamırdı heç. Evə gec gəlir, gələndə də yeməyini yeyər, yenidən harasa gedər, ta gecə yarı qayıdar, işi oldugunu deyib yatardı.

Atası evində də vəziyyət pisləşmişdi ki, yaxşılaşmamışdı. Hərdən onlara gedər, bəzən gecəni orda qalar, bəzən də bir-iki saat oturub qayıdardı. Ürəyi açılmaq əvəzinə,daha da pərişan olardı.

Qaynanası da onu qəmli görüb təsəlli verməz, daha da onu əsəbləşdirən söhbətlər edərdi. Belə günlərin birində qaynanası ona dedi:  Bu yazının davamını oxu

Advertisements

Bir qadının taleyindən sətirlər… (2-ci hissə)

Hicran ağlayırdı. Səssiz-səmirsiz. Fariz yatmışdı. Onun ağladığından da xəbəri yox idi, yatmamasından da. Hicranı ağladan bu axşamkı narazılıq deyildi. O, bu evə gələndən nə qədər haqsızlıq görmüşdü. Elə ilk gəldiyi aylardan nə qədər böyük səhv addım atdığını başa düşmüşdü. Lakin geriyə yol yox idi. Dözməliydi. Öz seçdiyi yol idi, getməli idi. Atasını eşitmədiyinə çox peşiman olmuşdu.
Əslində onların arasında elə uzun uzadı bir sevgi də olmamışdı. Fariz Hicranı görsə də, bu yolu ona anası ilə bacısı göstərmişdi. Hicran da onsuz da kiməsə gedəcəyini düşünüb Farizə razılığını vermişdi. Çünki, ilk gənclik illərində yaşadığı sevgisi daşa dəydikdən sonra o, heç kəsi sevə bilməyəcəyini bilirdi. Beləcə də onlar evlənmişdi. Hicranın atası əvvəl razılıq verməsə də sonra yumşalmışdı.  Bu yazının davamını oxu

Nə qədər arzulasam belə, bir tək o gəlmir…(Tanımadığımız tanışlar silsiləsindən XI yazı)

image

“Bir qadının taleyindən sətirlər”…bu həyat hekayəsini oxuyub tanış olanlar artıq bildilər ki, söhbət kimdən gedir. Daha doğrusu, bu günkü həmsöhbətim kimdir. Günel Əsədova…bəli, biz hamımız onu bax, bu adla tanıdıq. Təkcə tanımadıq,  həm də sevdik. Özünü sevdirə bildi hamıya, səmimiyyəti, gülər üzü, mehribanlığı ilə.

Mən də sevdim onu, həm də virtualdan onu tanıyanların hamısından çox. Xasiyyətimizdə, dünyaya baxışımızda olan oxşarlıqdanmı bu, yoxsa hər ikimizin içində olan nisgilin qoşa ünvanındanmı, bunu deyə bilməyəcəm.

Tanıyanlar üçün xoş bir müsahibə, tanımayanlar üçün də məmnun qalacaqları bir tanışlıq olacağına əminliklə, sizi müsahibimlə, onun dünyası ilə baş-başa buraxıram…  Bu yazının davamını oxu