Bloq Arxivləri

Qabusnamə (6-cı fəsil)

image

Altıncı fəsil
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA

Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi olub gölgəsi olmayan Muğilan14 ağacı kimi faydasız olarlar, nə özlərinə xeyir verərlər, nə başqalarına. Əsil-nəsəbli adamlar sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış özünün müəyyən sənət və şöhrətin də olsun, çünki özünün şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki, “Ləyaqət əql və ədəbdədir, əsil-nəsəbdə, deyildir!”. Böyüklük mə’rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste’dad və bacarığınla əldə etmiş olasan, bu zaman səni “Zeyd”, “Cəfər”, “əmi”, dayı” əvəzinə “müəllim”, “alim”, -“fəqih”, “həkim” çağırarlar. Əgər əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının işinə yarayar.  Bu yazının davamını oxu