Bloq Arxivləri

Xoş niyyətlər uğruna həmrəy olaq

img_3215

Həmrəylik günü…nədir həmrəy olmaq? Haradan başlayır həmrəylik? Kökü, təməli nəyə söykənir bu fikrin? Həmrəy olmasaq nələr baş verə bilər?
Sadə dillə izahını verməyə çalışacam. Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq çəkici eyni mərkəzə döyməkdir. Həmrəy olmaq əl-ələ addımlamağı bacarmaqdır, həmrəy olmaq məqsədə doğru gedən yolları ayırmamaqdır. Həmrəy olmaq keçilməz yollarda birgə addımlayıb büdrəməmək, həmrəy olmaq dağları aşmaq, həmrəy olmaq zirvələrə ucalmaqdır…   Bu yazının davamını oxu

…kaş ki o bənövşələr yenə yolumu gözləyəydi…

image

Bəlkə də yazım çoxunun xoşuna gəlməyəcək, xüsusən də qadınların, elə ona görə də çox uzun yazmayacam…
Əlimdə ixtiyar olsaydı, bəzi bayram günlərini təqvimdən silərdim. Biri haqqında 14 fevralda yazmışdım. Biri də bu gün – 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Bəli, doğru oxudunuz, məhz bu tarixi təmtəraqla qeyd edilməkdən xilas edərdim. Yəqin səbəbi hamınıza maraqlı gələcək.
Mən uşaq olanda 8 Mart gələnə kimi bağımızın qurtaracağında bir kol vardı, onun dibinə cığır salardım. Havalar indiki kimi mülayim keçərdisə, arzuma çatmış olardım. Bu yazının davamını oxu