Bloq Arxivləri

Balın faydaları haqqında

image

Ən yaxşı bal saf və nisbətən qatı halında olandır. Tünd rəngli, bəzən yaşılsayağı, sarımtıl rəngli və iki ildən çox qalan bal keyfiyyətcə pis bal hesab olunur.
Bal selikli qişaları yumşaldır, öskürəyin qarşısını alır. O, mədə üçün münasibdir, ağrısını sakitləşdirir, bağırsaq üçün faydalıdır. Balın sidikqovucu təsiri də vardır.
Ümumiyyətlə, bal istilik gətirir, ilkin mərhələdə quruducu xüsusiyyətə malikdir. Bəlğəmi və rütubəti kəsir, bədən daxilindən rütubəti özünə çəkir. Bal damarları genişləndirir ki, bu da qan dövranını yaxşılaşdırır. Başqa dərmanlara bal qatdıqda onların təsiri çox qalır. Bu yazının davamını oxu