Bloq Arxivləri

İşlənməyən cinayətin cəzası

Axşamınız xeyir, əzizlərim. İşimi yarımçıq qoymaq adətim deyil, bilirsiniz bunu. Amma həyat biz istədiyimiz axarda davam etmir, bunu da bilirik. Bu gün aylardır yazmağa başladığım, amma bitirə bilmədiyim povestdən bir hissəni paylaşmaq istəyirəm sizinlə. Povest üçün nöqtəni qoymuşam, hadisələr, süjet xətti, hər şey yığcam formada hazırdır artıq. Qalıb yazıya köçürüb qələmə almaq. Allahın izni ilə bitirmək qismət olar və həmişəki kimi dəyərli dostlarım da dəyərli fikirləri ilə münasibət bildirərlər. Bilirəm ki, yazılarımı maraqla gözləyənlər var, elə isə, buyurun, oxuyun ☺️

Bu yazının davamını oxu

Advertisements

Uşaq ensiklopediyası (X)

fft18_mf6396030

Abbasqulu Ağa Bakıxanov (Qüdsi)
(1794-1847)

Bir həkim ölüm ayağında şaha vəsiyyət edir ki, onun ömür boyu barmağında gəzdirdiyi üzüyünü ölkədə ən müdrik adama yadigar versin. Şah böyük məclis qurur, hamını çağırtdırır və belə bir şərt qoyur ki, üç suala kim düzgün cavab versə, üzük ona çatacaqdır. Suallara ən düzgün cavab verən kasıb, zəhmətkeş bir kişi olur. O. ən xeyirli şey nədir? sualına “hünər” , ən yaxşı şey nədir? sualına “yaxşılıq”, insana ən lazım olan nədir? sualına “həqiqət” – deyə cavab verir. Kasıb kişinin cavabı ona ölkədə ən müdrik adam kimi şöhrət qazandırır. O, üzüyü alır, üstəlik vəzir rütbəsinə yüksəlir… Bu yazının davamını oxu