Bloq Arxivləri

Uşaq ensiklopediyası (IV yazı)

mini_97685024fd8a3614ee6117c09c390878

 

Azərbaycan Respublikasının Konstitusiyası

Hər bir respublikanın Əsas qanunu (Konstitusiyası) var. Konstitusiya dövlətin quruluşunu, onun qanunlarını, vətəndaşların hüquq və vəzifələrini və s.-ni müəyyənləşdirir. Konstitusiyada göstərilir ki, hər bir vətəndaşın işləmək, təhsil almaq, istirahət etmək və s. hüququ var.
“Konstitusiya” latın sözü olub, hərfi mənası “qurmaq, yaratmaq və əsasını qoymaq” deməkdir. Sovet hakimiyyətinin hökmran olduğu illərdə Azərbaycan SSR-də Konstitusiya dörd dəfə qəbul edilmişdir. Azərbaycan SSR-in 1921, 1925, 1937 və 1978-ci il Konstitusiyaları sovet dövründə qəbul olunmuşdur. Bu yazının davamını oxu

Uşaq ensiklopediyası (III yazı)

image

 

Adlar

İnsanları ailədə, kollektivdə və cəmiyyətdə seçmək üçün onlara ad verilir. Adlar insan cəmiyyəti meydana gəldiyi vaxtdan yaranmışdır. Əksər xalqlarda olduğu kimi, azərbaycanlılarda da adlar adqoyma mərasimi zamanı verilirdi. “Kitabi-Dədə Qorqud” dastanlarında deyilir: “Dədəm Qorqud gəlsin, bu oğlana ad qoysun”. Azərbaycan adları tərkibcə, mənşəcə rəngarəng və zəngindir. Qədim milli adlarımız “Kitabi-Dədə Qorqud”da əksini tapmışdır: Bayındır, Beyrək, Basat, Burla xatun, Banuçiçək və s. Bu adların davamını “Koroğlu” dastanında da görürük: Dəmirçioğlu, Halaypozan, Tüpdağıdan və s. İslam dininin yayılması nəticəsində qədim milli adların bir qismi Məhəmməd, Əli, Hüseyn, Abbas, Xədicə, Zeynəb, Fatimə, Əhməd və s. kimi ərəb adları ilə əvəz olundu.

Bu yazının davamını oxu