Bloq Arxivləri

Ata və anaya hörmət haqqında – Qabusnamə (V fəsil)

image

Ey oğul, bil ki, bizi yaradan (onun cəlalı böyük olsun) dünyanı abad saxlamaq üçün nəslin artıb törəməsini lazım bildi və heyvani şəhvəti buna səbəb etdi. Deməli, sağlam düşüncəyə görə, övlad (öz səbəbinə) hörmət etməli və öz əsil-zatına ehtiram qoymalıdır, onun əsil-zatı isə ata və anadır. Demə ki: “ata-anamın mənim üzərimdə nə haqqı vardır, onların məqsədi öz şəhvətlərini söndürmək olub, mən olmamışam”. Məqsədləri şəhvəti söndürmək olsa da, onlar sənin yolunda ölümə də getməyə hazır olarlar, bu isə şəhvətdən daha üstündür. Ana və ataya ən azı ona görə hörmət etmək lazımdır ki, onların hər ikisi səninlə yaradan arasında vasitədir. Deməli, sən özünə və yaradanına hörmət etdiyin qədər, öz vasitələrinə də hörmət etməlisən.

Bu yazının davamını oxu