Bloq Arxivləri

Bu da bir alın yazısıdır…

image

Aprel ayının 17-dən 18-nə keçən gecə…özünün qaranlığını yeni ailə qurmuş iki gəncin taleyinə həkk etdirdi bu gecə. Qaranlığı nə qədər qorxulu idisə, gətirdiyi bəla daha betər oldu. O gecə bir igidin ömrünə şəhidlik yazıldı, o gecə bir qadının gözlərində sevgi dondu, o gecə bir körpə beşiyində aramsız ağladı, o gecə hələ ana bətnində olan bir körpənin gözlərinə ömürlük ata həsrəti çökdü… Bilirəm, ruhun çox nigarandı bu gün, Namiq. Sən olsaydın hər şey başqa cür olacaqdı bəlkə də…təsəllini onda tap ki, sənin sevgini qoruyan bir qadın yaşayır ocağında. Ömrünün ən gözəl illərini sənlə yaşamaq varkən, 26 ildir sənli keçən qısa bir ömrün xatirəsinə sığınıb, sənə sadəqətli yarın. Tale ona səndən sonra ikinci zərbəni vurdu, qızını da aldı əlindən. Amma dərdə dözümlü yarın bunu da içinə sinə bildi…Sevgini heç kimə təslim etmədi, üzünü belə görmədiyi atasını kimsəyə dəyişməsin deyə tək başına böyütdü oğlunu. Sənin adına layiq böyütdü həm də…  Bu yazının davamını oxu

Advertisements

Vətən sənə oğul dedi…(aprel şəhidlərini yad edək – şəhid Müşfiq Orucov)

image …soyuqlu-şaxtalı yanvar ayı idi. Hər il olduğu kimi bu dəfə də ana soyuğa baxmayaraq övladlarının əlindən tutub Şəhidlər Xiyabanını ziyarətə gəlmişdi. Küləyin çilədiyi yağış uşaqların üzündə buz kəsmişdi. Müşfiq ayağının birini qaldırıb, birini qoyurdu. Barmaqları soyuqdan donmuşdu. Anası onun narahat olduğunu görüb gözucu ayaqqabısına baxdı. Ayaqqabının cırıq yerindən Müşfiqin ayağına su dolmuşdu. Qışın şaxtasında körpə uşağın buna dözümü qalmamışdı, anasının əlindən geri çəkib evə dönməsini istəyirdi. Lakin içindəki Vətən sevgisi bir ananın övladına belə acımasına üstün gəlmişdi. Ana Müşfiqin əlindən möhkəm sıxıb:  Bu yazının davamını oxu