Bloq Arxivləri

Yeni yaşın uğur gətirsin, “Sevincli Dünya”

Əslində 2 yaş böyüksən demək deyil. 2 yaşında uşaq nələri bacarır? Qırıq-qırıq cümlələr qurar, yıxıla-dura yeriyər. Amma sevəni hədsiz çox olar. Hər kəs ətrafında dolanar, əzizləyər, sevgi göstərər…
Mənim də bloq ünvanımın “Sevincli Dünya”mın bu gün 2 yaşı oldu. Düz 2 il bundan əvvəl oğlum bir bloq səhifəsi açdı mənimçün. Yazım, bildiklərimi paylaşım, mətbəxə olan sevgimə bir az da sevgi qatım deyə. Hərdən uşaqlar üçün şirniyyat hazırlayanda zarafatla deyirlər: “mama, bloq üçün şəkil hazırdırsa biz əl vuraq”. Sonra da könlümə dəyər deyə hərəsi bir dəfə üzümdən öpür. ☺️  Bu yazının davamını oxu