Bloq Arxivləri

Ət yeməklərindən düzgün istifadə edək

image

Zülalın bədənimizdəki əzələlərin quruluşunda əhəmiyyəti böyükdür. İmmunitet sistemimizi meydana gətirən hüceyrələrin ana maddəsidir. Bəzi hormonların əsas maddəsi də proteinlərdir .
Zülal bədənə enerji verir. 1 qram yağ 9 kkal təşkil edərkən, eyni miqdarda karbohidrat və zülal 4 kkal təşkil edir. Yəni zülallı yeməklər enerjisi çox yüksək olmayan yeməklərdir. Karbohidrat və yağ az qəbul olunduğunda təməl enerji maddəsi olaraq zülal istifadə edilər. Ancaq zülal az alındığında, karbonhidratdan və yağdan zülal alına bilməz.
Bir çox qida maddəsi zülal tərkiblidir. Heyvan mənşəli yeməklərin zülal nisbəti daha yüksəkdir və daha keyfiyyətlidir. Ət, toyuq , balıq , yumurta , pendir və süd məhsulları ən qiymətli zülal qaynaqlarıdır. Bununla birlikdə quru paxla , noxud , mərcimək və soya paxlası kimi bitki mənşəli yeməklərin də zülal nisbəti yüksəkdir. Zülal dəyəri yüksək olan bu yeməklər eyni zamanda B12 vitamini və dəmir baxımından da çox zəngindir. Bu yazının davamını oxu