Bloq Arxivləri

Ərik mürəbbəsi

Lazım olanlar:
3 kq ərik
3 kq şəkər tozu
3 stəkan su
Hazırlanması:
Ərik yuyulur, ikiyə bölünmədən dənəsi çıxarılır. Mürəbbə hazırlayacağımız qaba yerləşdirilir. Başqa bir qabda şirə hazırlanıb üzərinə tökülür. 5-6 saat soyumağa qoyulur. Soyuduqdan sonra 5 dəqiqəlik qaynadıb bir də 6-7 saat soyuduruq. Sonuncu dəfə isə şirə qatılaşanacan bişirib götürürük.