Bloq Arxivləri

Lalə gülünün əfsanəsi (1-cı hissə)

– Başımı dizinə qoyummu?
– Könlünə nağıl düşübmü yenə?
– Yox, dizlərini özləmişəm…saçımda gəzən əlini, mənə baxan baxışını, hüzurunu özləmişəm…
– Hüzurun dizlərim olacaqsa, qoy başını…mən də sənə bir çiçəyin taleyindən danışacam.
– Sənə deyiləcək sözüm var.
– Əfsanəni danışım sonda söyləyərsən, tələsmə…

…Keçmiş zamanlarda bir oğlan varmış. Bu oğlan yaraşığı, ağlı, fərasəti ilə ad çıxarıbmış. İgidliyi bir yana, o qədər mərhəmətli imiş ki, adını eşidənin üzündə təbəssüm yaranarmış. Elə ki, bu igidin atının ayaq səsləri eşidilərdi, qızlar hamısı örpəyini başına salıb qıyğacı baxışlarla yaraşıqlı oğlanı görmək üçün tələsərdilər. Kaş bircə dəfə gözü gözümüzə baxsın deyə Allaha yalvarardılar. Hətta qızlar öz aralarında bəhsə də girərdilər ki, görək kim bu oğlanı yoldan çıxarıb, könlünü ala biləcək.  Bu yazının davamını oxu

Apardı sellər Saranı…

image

 

Çay qızı 

Muğan adlanan bir kənddə iki gənc yaşayırdı. Bunlardan biri qoçaq bir cavan olan Sarvan, o birisi isə Muğanın yaraşığı Gözəl idi. Bunlar yenicə evlənmiş, kasıb olsalar da çox mehriban bir ailə qurmuşdular.
Gözəl və Sarvan Arpaçayın sahilində boya–başa çatmışdılar. Gözəl Arpaçayın zəriф, incə qızı kimi ad çıxarmışdı. Sarvan da Muğanda at çapmaqda, qılınc oynatmaqda şöhrət qazanmışdı.
Muğan camaatı əkinçilik və bənnalıqla məşğul olurdu. Sarvan özünü xoşbəxt sayırdı. Çünki bütün Muğan onu sevir, ona hörmət edirdi. Bir də o, Muğanın gözəli ilə evlənmişdi.   Bu yazının davamını oxu