Kateqoriya Arxivləri: Yazılarım

İşlənməyən cinayətin cəzası

Axşamınız xeyir, əzizlərim. İşimi yarımçıq qoymaq adətim deyil, bilirsiniz bunu. Amma həyat biz istədiyimiz axarda davam etmir, bunu da bilirik. Bu gün aylardır yazmağa başladığım, amma bitirə bilmədiyim povestdən bir hissəni paylaşmaq istəyirəm sizinlə. Povest üçün nöqtəni qoymuşam, hadisələr, süjet xətti, hər şey yığcam formada hazırdır artıq. Qalıb yazıya köçürüb qələmə almaq. Allahın izni ilə bitirmək qismət olar və həmişəki kimi dəyərli dostlarım da dəyərli fikirləri ilə münasibət bildirərlər. Bilirəm ki, yazılarımı maraqla gözləyənlər var, elə isə, buyurun, oxuyun ☺️

Bu yazının davamını oxu

Xoş gəldin, 2018

Gecəniz xeyir, əzizlərim. Artıq bir neçə dəqiqədən sonra yeni ilə qədəm qoyacayıq. Çin təqviminə görə bu il, 2018-ci il mehriban it ilidir. Bilirsiniz də yəqin ki, sədaqətli heyvanlar içində itlərin də adı ön sırada çəkilir. Bu ilin ünsürü “mehriban it” olduğundan, demək ki, bu ildən qorxmağa heç bir əsas qalmır. Mehriban “it”lə yola getməyə nə var ki?! Yetər ki, qapı iti kimi adam qapmağa meyilli olmasın…
Hə, əzizlərim, beləcə gəldik çıxdıq son günün son saatının son dəqiqələrinə. Kimin yaddaşına, ömrünə necə yazıldı deyə nə soruşacağam, nə də danışacağam. Necə gəlib necə yazılmağından asılı olmayaraq il yekunlaşır artıq. Dördrəqəmli ədədin təklik mərtəbəsindəki “7”-i “8”-ə verir öz yerini. Hələ düz 365 gün qələm 8 yazacaq müəyyən lazımi yerlərdə. Qələm “8” yazsın, Yaradan da xoş gün…    Bu yazının davamını oxu

31 Dekabr Həmrəylik Günü

Günaydın, əzizlərim! İlin son günündə xoş gördük hamınızı. Bilmirəm təsadüfənmi seçilib, ya elə bilərəkdən düşünülüb – təqvimin son günü həm də Həmrəylik günü kimi qeyd olunur. Hər hansı səbəbdən olmasına baxmayaraq, gözəl tarixdi. Həm də gözəl gündür. Dünya azərbaycanlılarının həmrəylik günü…
Həmrəy olmaq alqışa layiqdir, amma gərək nə uğruna, nəyin naminə həmrəy olduğumuzu yaxşı-yaxşı düşünək. Kortəbii olaraq ortaya atılan fikrin arxasınca getmək bizə xoşbəxtlik gətirməyəcək, əksinə bizi uçuruma sürükləyəcək. Bütün bayramlar kimi ilin 365 günündən bir gününü həmrəyliyə səsləyirik. Amma bizə lazım olan o bir gün deyil, hər gün bu yolu getməkdir. Bir millət olaraq var olan gücümüzü ortaya birlikdə qoymağı bacarsaq, çox şeylərə nail olacayıq. Yoxsa təmsillərin birində olduğu kimi, hərə bir tərəf çəkişdirsə, vay halımıza o zaman…  Bu yazının davamını oxu

Səhnəmizin sönməyən Günəşi — ZEYNƏB XANLAROVA

Dünya şöhrətli müğənni Zeynəb Xanlarova

Sevincli Dünya

image

Əziz dostlar, bu gün dünya şöhrətli müğənnimiz, incəsənətimizin sönməyən Günəşi Zeynəb Xanım Xanlarovanın doğum günüdür. Bu münasibətlə Zeynəb Xanımı ürəkdən təbrik edib, ona uzun ömür, can sağlığı arzulayaq. Və gəlin Zeynəb xanım haqqında bilmədiklərimizi birgə öyrənək.

Zeynəb Yəhya qızı Xanlarova 1936-cı il dekabrın 28-də Bakı şəhərində anadan olmuşdur. Bakı Məktəbəqədər tərbiyə məktəbini və Asəf Zeynallı adına Musiqi məktəbini bitirmişdir.

View original post 491 daha çox kəlmə

Nə yaxşı ki sevdin məni, nə yaxşı ki sevdim səni…

Oxucu istəyi ilə

Sevincli Dünya

image

Peşmançılığın əzabın yaşamaq var bu dünyada. O qədər ağır, o qədər acımasız bir hissdir ki, insan yaşamazsa duymaz belə…Çox illər öncə atdın bu addımı. Bilsəydin ki, illər sonra yapışıb boğazından hər gün bir az daha çox boğacaq səni, heç bu yolu seçərdinmi?! Hardan biləydin ki…bəlkə də gəncliyini, bütövlükdə həyatını zəhərə döndərdiyin birinin günahını yaşamaq düşüb qismətinə indi. Nə o xoşbəxt oldu, nə sən xoşbəxtlik tapdın… 

View original post 905 daha çox kəlmə

Qaynana olmağa hazırsınızmı

İllərcə böyüdüb, boya-başa çatdırdığınlz övladınızın yeni bir həyata başlaması, ailə qurması sizin üçün heç də asan bir iş deyil. Hər bir ana qızı və ya oğlunu xoşbəxt görmək üçün çırpınırsa da, ailəyə yeni gəlmiş gəlin, ya da kürəkənlə münasibətdə bir axsaqlıq da mütləq yaşayır.
Əgər övladınızın xoşbəxt olmasını həqiqətən və ürəkdən istəyirsinizsə, o zaman sizə düşən vəzifə yaxşı qaynana olmaqdır. Yaxşı qaynana dedikdə, əslində necə biri olmaq lazımdır deyə düşünə bilərsiniz.  Bu yazının davamını oxu

Bir gün o qədər xoşbəxt gülüşüm olacaq ki, çünki bəxtimin yazısı ÜMİD Günəşimə hamilədir…

Salam, əzizlərim. Cüməniz mübarək olsun. Nəhayət, 8 ay davam edən bu layihəni tamamlamaq qismət oldu və növbə mənə gəlib çatdı. İlk öncə hər birinizə, istər müsahibim olanlara, istər müsahibəni maraqla izləyənlərə, dərin təşəkkürümü bildirirəm. Və 30 iştirakçıya isə xüsusi minnətdarlığım var, çünki dəyərli zamanlarını ayırıb mənim bu layihəmə qatıldılar. Bir çox iştirakçının zaman məhdudiyyəti vardı, buna baxmayaraq qırmadılar məni. Ona görə də hər birinizə dərin hörmətim, sonsuz minnətdarlıq borcum var.

Siz özünüzü təqdim etdiniz, mən də etməliyəm. Birinci hissədə müsahiblərim üçün özümü təqdim etmişdim, bu dəfə istəyirəm təkrarçılığa yol verməyim, bir qədər fərqli təqdimat edim. Daha doğrusu mənə ünvanlanan bir neçə müraciətlə, ürək sözləri ilə özümü tanıtmaq istərdim sizə. Bu yazının davamını oxu

Hər kəsin gözündə çox güclü, lakin köksündə çox həssas, kövrək ürək daşıyan biriyəm… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 30-cu yazı)

Günaydın, əzizlərim. Cüməniz və Qurban Bayramınız mübarək. Nəhayət, son müsahiblə tanışlıq zamanı çatdı və beləliklə, bu layihədən ikinci hissəni də yekunlaşdırmış oldum. Əslində bu gün çoxunuz üçün yeni tanışlıq günü deyil. Xəyaləni dostlarımdan çoxu yaxşı tanıyır. Amma mənim kimi tanıyan isə deyərdim yoxdur. Çünki, Xəyalə elə mən deməkdir. O qədər oxşar fikirlərimiz var ki, bəzən mesajda zarafatla deyirik k, biz əkizik, baxmayaraq ki, yaş fərqimiz var. Müsahibəyə cavabların oxuyanda, eyni cavabları görüb heç də təəccüblənmədim. Dedim axı, bizim baxışımız 99,99% eynilik təşkil edir. Geniş, mənalı, bəzən kövrək, bəzən duyğusal, bəzən də düşünməyə vadar edən cavablar…buyurun, siz də oxuyun.

1. Salam. Tanışlıq və söhbətimiz üçün özünüzü təqdim etməlisiniz. Müsahibim kimdir, sizi necə tanıyaq?        Bu yazının davamını oxu

Mən bu ömrü elə belə yaşadım… (Tanımadığımız Tanışlar Silsiləsindən II hissə; 29-cu yazı)

Günaydın, əzizlərim! Cüməniz mübarək. “Mən bu ömrü elə belə yaşadım”… Bu mahnının varlığından xəbərim yox idi. Doğma bildiyim birinin məsləhəti ilə dinlədim və çox sevdim. O gündən bu yana bir neçə dəfə bu mahnıyla bir neçə münasib yazı paylaşmaq istəsəm də, əl saxlamışdım. Ta bugünki müsahibimin cavablarını oxuyana qədər. Bilirsiniz ki, mən cavablar içərisindən ürəyimə ən yatımlı olanını başlıq seçirəm. İlk dəfə idi ki, çox sayda seçim qarşısında qaldım. Mələk xanımın əksər cavabları başlıq üçün ideal idi. Amma mən niyəsə bunu seçdim…

Mələk xanımı dostlarım və diqqətli izləyicilərim rəylərdən qismən tanıyırlar. Çox az-az fikir bildirər, amma bildirdiyi hər rəydə bir hikmət yatar. Düşüncəsi, dünyaya baxışı, xanımlığı ilə diqqətimdə olan və çox dəyər verdiyim bir xanımla tanış olacaqsınız. Qeyd edim ki, bu gün Mələk xanımın doğum günüdür həm də. Mələk xanım, mələk qəlbli xanım! Siz Allahın çox sevimli və dürüst bəndəsisiniz. Bu tarix sizin üçün məxsusi seçilmədi, təsadüfi sıralama buna səbəb oldu. Sizi bilmirəm, mənə çox xoş oldu bu tarixlərin üst-üstə düşməsi. Sizi ürəkdən təbrik edirəm. Gözlədiyiniz, arzuladığınız, xəyalını qurduğunuz bütün arzularınız çin olsun inşAllah! Xoşbəxtliyin zamanı olmaz, hansı yaşda gəlsə qəlb rahatlığı yaşadar. Qəlbinizin rahatlığa qovşduğu ilə, yaşa qədəm qoyasınız. Ömrünüzə yazılacaq illər sizə “Mən bu ömrü elə belə yaşadım” deyimini unutdursun… Bu yazının davamını oxu

Ayrılıq vüsaldan əvvələ düşdü

Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı…

Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.   Bu yazının davamını oxu