Kateqoriya Arxivləri: Tariximiz

İstiqlal mücadiləmizin parlaq siması – M.Ə.Rəsulzadə

image

“Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.
Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadəyə aiddir. Bu yazının davamını oxu

Tarixin qan yaddaşı – 20 Yanvar

image

“1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. Hakimiyyət böhranı və respublikadakı hadisələrə nəzarətin tam itirilməsi bunda təzahür etdi ki, Dağlıq Qarabağda və Ermənistanla sərhəddə erməni yaraqlılarının qanlı əməllərinin ardınca Cəlilabad və Lənkəran rayonlarında sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.

1990-cı il yanvarın 16-da Bakı şəhərinin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar yük və minik avtomaşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər (bilavasitə şəhərdə 60 qoşun hissəsindən 34-nün yolu kəsilmişdir). Piketlərin ətrafında daim şəhər sakinlərinin böyük dəstələri olurdu.  Bu yazının davamını oxu

Xoş gəldin, 2016

image

Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur. Bu yazının davamını oxu

Həmrəylik – Ümumdünya birlik günü

image

Həmrəylik günü…nədir həmrəy olmaq? Haradan başlayır həmrəylik? Kökü, təməli nəyə söykənir bu fikrin? Həmrəy olmasaq nələr baş verə bilər?
Sadə dillə izahını verməyə çalışacam. Həmrəy olmaq həmfikir, yekdil olmaq deməkdir. Həmrəy olmaq çəkici eyni mərkəzə döyməkdir. Həmrəy olmaq əl-ələ addımlamağı bacarmaqdır, həmrəy olmaq məqsədə doğru gedən yolları ayırmamaqdır. Həmrəy olmaq keçilməz yollarda birgə addımlayıb büdrəməmək, həmrəy olmaq dağları aşmaq, həmrəy olmaq zirvələrə ucalmaqdır… Bu yazının davamını oxu

Qarakənd faciəsindən 24 il keçir

image

Qarakənd faciəsi və ya 20 noyabr faciəsi — 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 helikopteri 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vuruldu. Faciə haqqında ilkin məlumat Prezident Aparatına saat 19:55-də çatır. Lakin nə qədər maraqlı olsa da bu faciə haqqında xəbər Xankəndindən erməni dilində yayımlanan “Vətən və vətəndaş” verlişinin xəbərlər bölümündə, saat 15:30-də yayımlanmışdı. Həmin gün İrəvan radiosu saat 16:15-da Tehran radiosu, 17:00-da Moskva radiosu açıqladı. Bu yazının davamını oxu

Dövlət bayrağı günü

image

Bayraq, üzərində bir ölkənin, təşkilatın, fərqlənmə nişanı, rəmzi olan, bəzək nəqş edilən və ağac dəstəyə sancılan qumaş parçadır. “Bayraq” sözünün mənası da “batraq”, yəni “sancılan” anlamına gəlir. Tarixdə ilk bayrağın çinlilər tərəfindən istifadə edildiyi haqqında fikirlər var. Qoşun və ordu başçıları hərbi yürüşlərində və ya hökmdarların səfərləri zamanı sivri ağacın ucuna sancılmış bayraqdan istifadə etmişlər. Bu bayraqlar həmin dövlət və qoşunları tanıtmaqla bərabər, onların qüdrətindən də xəbər verirdi.
Tarixdə ilk qırmızı bayrağı isə Xürrəmilər qaldırmışdır(VIII əsr). Zaman keçdikcə bayraq dövlət rəmzinə, məxsus olduğu dövlətin ərazisində yaşayanların milli varlığına çevrilmişdir. Bu yazının davamını oxu

Müəllim sevgisi -Müəllim gününüz mübarək!

image

Elmsiz adam nə özünü, nə də dünyanı dərk edə bilməz. Dünyanı dərk etməyən insansa, Allahı dərk edə bilməz. Allahı dərk etməyən insan asanlıqla hər cür əxlaqsızlığa yuvarlanar, həm özü, həm ailəsi, həm də üzvü olduğu cəmiyyət daim zərər çəkər.
Müəllimlər bizə bilik, ədəb öyrədir, valideynlərimiz kimi gələcəyimizə xidmət edir, şam kimi yolumuza işıq saçırlar. Hər bir cəmiyyətin formalaşmasında müəllim memar rolu oynayır. Elə bir insan yoxdur ki, onun üzərində müəllim haqqı olmasın. Bu haqqın ödənməsi gərəkdir. Ödənməsi yolu isə müəllimlərimizin öyrətdiyi elm və ədəbi öyrənməkdir. Bu yazının davamını oxu

Xocavənd rayonunun işğalından 23 il keçir

image

Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli, 279-XII nömrəli qanununa əsasən DQMV ləğv edilərək Martuni və Hadrut rayonlarının bazası əsasında Xocavənd rayonu yaradılmışdır. Rayonun ümumi sahəsi 1458 kvkm, əhalisi 41725 (o cümlədən azərbaycanlılar – 10.648) nəfərdir. Rayonda 1 şəhər (Xocavənd şəhəri-rayon məkəzi), 2 iri qəsəbə (Qırmızı Bazar və Hadrut), 81 kənd var. Olduqca əlverişli coğrafi mövqeyə və şəraitə malik Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Şuşa, Xocalı rayonları ilə həmsərhəddir. Bu yazının davamını oxu

Müqəddəs Qurban Bayramınız mübarək!

image

Əziz dostlar, yəqin ki, çoxunuz Qurban bayramı nədir, bu bayramın mənası və əhəmiyyəti haqqında bir çox məlumatlara maliksiniz. Buna baxmayaraq, bu müqəddəs bayram, onun tarixi kökləri, ümumilikdə cəmiyyətimiz üçün əhəmiyyəti barədə öyrənmək, gələcək nəslə çatdırmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır.

Qurban bayramı Həzrət İbrahim Peyğəmbər (as) dövründən günümüzə gəlib çatan bir ibadətdir. İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Bu yazının davamını oxu

Füzulinin, Cəbrayılın işğal günündən 22 il keçir

image

Artıq 22 ildir ki, Füzulisiz, Cəbrayılsız keçinirik. Qarabağın füsunkar guşələrindən biri idi bu yerlər. Bu illər ərzində Füzulinin, Cəbrayılın əhalisi bütün məhrumiyyətlərə dözdü, öz torpağının müdafiəsi üçün məkrli və hiyləgər düşmənlə üz-üzə, göz-gözə dayandı, ölüm-dirim savaşına girişdi. Qartal ürəkli, polad biləkli, çinar boylu igidlər torpaq uğrunda canlarını əsirgəmədilər. Neçə-neçə oğullar düşmənin gülləsinə tuş gəldi, qızlar, gəlinlər, qocalar, uşaqlar girov götürüldü, vəhşiliklə, namərdliklə qətlə yetirildi. Bu onları qorxutmadı, əksinə, son damla qanlarına qədər müqəddəs torpaqlarını qorumağa çalışdılar. Bu yazının davamını oxu