Kateqoriya Arxivləri: Tariximiz

İgid Əsgər, Möhkəm Dayan!

Cəbhə bölgələrində vəziyyət gərgindir. Azərbaycan əsgəri qələbəyə doğru addımlayır. Zəfər səninlədir, irəli, igidlər!!!

Bu gün Kəlbəcərin işğalı günüdür, inşAllah biz elə bu gündən qürurla deməyə başlayarıq: Rəşadətli ordumuz daha bir rayonu düşməndən azad etdi!

Möhkəm dayan, Azərbaycan əsgəri!

Kəlbəcərsiz 23 il…

image

Kəlbəcər rayonu təbii-coğrafi şəraiti, tarixi, maddi-mədəni sərvətləri ilə Azərbaycanın zəngin torpaqlarından biridir. Çox heyiflər ki, bu gözəl diyar hərbi təcavüzə tuş gəldi- 1993-cü il aprel ayının 2-də Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. Tarixi abidələr qarışıq bütün maddi mədəniyyət nümunələri talan edildi. Vəng kəndi ərazisində Alban məbədi, Çərəkdar kəndində Alban kilsəsi (Həsən Camal kilsəsi), Qanlıkənd ərazisində Lök qalası, Qaraçanlı kəndinə Uluxan qalası, Tərtər çayının Bulanıq çayı ilə qovşağında yerləşən Alban kilsəsi, Qalaboynu kəndində Qalaboynu qalası, Comərd kəndində Comərd qalası, Camışlı kəndində Keşikçi qalası, Kəlbəcər şəhərində məscid, Başlıbel kəndində məscid, Otaqlı kəndində məscid, Soyuqbulaq kəndində Tərtər çayı üzərindəki Tağlıdaş körpüsü, Kəlbəcər Tarix-diyarşünaslıq muzeyi, Aşıq Şəmşir adına mədəniyyət evi, Söyüdlü yaylağında Seyid Əsədullanın ziyarətgahı. Bunlar hamısı bir xalqın tarixini sübuta yetirən nümunələr idi.  Bu yazının davamını oxu

31 Mart soyqırımı

image

Əsrlərdir türk qanına susamış erməni quldurlarının başımıza gətirmədikləri fəlakət qalmayıb. Torpaqlarımızdan, varımızdan , mülkümüzdən göz çəkməyən nankorlar hər cür pislikləri ilə tarix boyu xalqımıza ziyan vurublar.

1918-ci il 31 mart tarixində S.Şaumyanın başçılıığı ilə bolşevik-daşnaq birləşmələri Azərbaycanda misli görünməmiş soyqırımı törətdilər. Azərbaycanın müstəqilliyini boğmaq, milli demokratik qüvvələrə ağır zərbə vurmaq məqsədi ilə təşkil olunmuş bu soyqırımı Azərbaycan xallqının tarixinə qan yaddaşı kimi həkk olundu. Bu yazının davamını oxu

Novruz bayramınız mübarək

image

Novruz bayramı bəşəriyyətin ən qədim şənliklərindən, mərasimlərindən biridir. Xalqımızın bu bayramı illərdir yaşadıb, qoruyub gələcək nəsillərə ötürməsi, müqəddəsləşdirməsi onu sübut edir ki, bu bayram özündə dünyanın yaranma və yaşam sirlərindən tutmuş, gələcəyə, xoşbəxtliyə, bolluğa ümidini əks etdirir.
Bu yazının davamını oxu

İlaxır çərşənbəniz mübarək

 

image

Bu gün Novruz çərşənbələrinin sonuncusu – Torpaq çərşənbəsidir. Xalq arasında “yer çərşənbəsi”, “ilaxır çərşənbə” və ya “torpaq çərşənbəsi” adı ilə tanınan bu çərşənbədə yer oyanır, torpaq nəfəs alır. İnanca görə, torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Bu çərşənbə öz xüsusiyyətlərinə və Novruz bayramına yaxın olduğuna görə daha çox sevilir və seçilir. Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, fala baxma və sairə kimi qədim adət-ənənələr öz aktuallığını hələ də qoruyur.  Bu yazının davamını oxu

Yel Çərşənbəniz Mübarək

image

Yel çərşənbəsi günündə əsən isti küləklər yazın gəlişindən xəbər verir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır.
Əlbəttə yelin insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığını vurğulayır. Lakin bəzən sadəcə yel, külək kimi də mənalandıran tədqiqatçılar olmuşdur. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxatəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin – biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş – yavaş oyanmasına işarədir.  Bu yazının davamını oxu

Od çərşənbəniz mübarək

image

Su çərşənbəsini niyyət və ümidlərimizlə qarşıladıq, yola saldıq. Bu gün isə Od çərşənbəsidir.

İlaxır çərşənbələrin ikincisi Od çərşənbəsidir. Buna xalq arasında “İkinci çərşənbə” və ya “Üsgü çərşənbə” də deyilir. Od çərşənbəsi qədimdə xalqımızın Günəşə, odu saxlayıb qorumağın vacibliyinə inamı ilə bağlıdır. Od yerə nəfəs verir, isidir, qışda donmuş torpaqların donunu açır. Od çərşənbəsində də su çərşənbəsindəki kimi tonqal qalayar, məşəllər alışdırar, şamlar yandırarlar. Bu yazının davamını oxu

Xocalı çəkilməyən acımızdır…

image

Xocalı torpağımızın ən qədim yaşayış məskənlərindən biridir. Tarixi mənbələr burada hələ 2.500- 3.000 il əvvəl adamların yurd saldığını xəbər verir. Xocalı Ağdam – Əsgəran-Xankəndi- Şuşa magistral yolunun üstündə, başqa sözlə desək, strateji cəhətdən olduqca vacib yerdə salınmışdır. Qarabağın dağlıq hissəsində yeganə aeroport lap yaxınlıqda idi. Kənd sakinləri əsasən südçülük-tərəvəzçilik sovxozunda çalışırdılar. Azğın düşmənlərimizin hücumundan sonra Qarabağın digər yaşayış məntəqələrində olduğu kimi, Xocalıda da həyat öz adi məcrasından çıxdı…  Bu yazının davamını oxu

Qəhrəmanlar unudulmur – Mübariz İbrahimov

Mübariz İbrahimovun doğum günü

Sevincli Dünya

1423323061_6a

Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub. Həmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.
Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

View original post 196 daha çox kəlmə

İstiqlal mücadiləmizin parlaq siması – M.Ə.Rəsulzadə

image

“Ah, Azərbaycan! Biz sənin haqqını tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq! Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.
Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi- müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: biz. Ərəbistanı göstəriyorlardı”.
Bu sözlər Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən biri, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkir və əvəzolunmaz şəxsiyyət olan Məhəmməd Əmin Rəsulzadəyə aiddir. Bu yazının davamını oxu