Kateqoriya Arxivləri: Sizdən gələnlər

Bir qadının taleyindən sətirlər (1-ci hissə)

Günaydın, əzizlərim. Bu gün bir qadının həyatından danışacam. Yox, əslində mən danışmayacam, elə qadının özü danışacaq. Yazar deyil bu qadın. Ömrünü qərib ölkədə övladalrına həsr etmiş bir Azərbaycan xanımıdır. Əsl xanım həm də… Yaşanmış bir taleni bacardığı tərzdə qələmə alıb. Gəlin yazının bədii tərəfini yox, bir qadının həyatını daha çox diqqətdə saxlayaq. Nələr yaşadığını, nələrə dözdüyünü, bir sözlə, həyatından  bəzi məqamlarla birgə tanış olaq…

Yeni il yaxınlaşırdı. Hicranın işi çox idi. O da qonşu gəlinlər kimi, ev-eşiyi yığışdırmış, əl-ayaq işlərini görüb qurtarmışdı. Biş-düşlə məşğul olmaq, şirniyyat bişirib, bayram tədarükü görmək istəyirdi. İstəyirdi ki, balalarının, ailəsinin bayram süfrəsi layiqincə olsun. Gəlib-gedən olardı. Qonaq-qaranın qabağında utanmaq istəmirdi.  Bu yazının davamını oxu

Gənc yazarın qələmindən

Ana

Bir gün bu həyatdan üzülsə əlim,
Yanan ürəyini dağlama, ana.
Qara örpəyinlə başını örtüb
Qəbrimin üstündə ağlama, ana.

Süzmə gözlərindən yaş gilə-gilə,
Bəzəmə qəbrimi qara daş ilə.
Nə döy dizlərinə, nə savaş, elə
İnləyə – inləyə ağlama ana….  Bu yazının davamını oxu

Yenə gecə, yenə mən, yenə fikirlərim…

Bu gün də hər zamankı kimi, gecə yarısı və biz…
Düşüncələrim, xəyallarım və mən…
Gecənin səssizliyi, kimsəsizliyi çöküb təbiətə, bir də üzərimə.
Hərdən üzüm gülür, hərdən gözlərim dolur…Nə qəribədir insan…
Yox, məncə insanı qəribə edən həyatın özüdür elə. Bir gözümüz gülərkən bir gözümüzü ağladar…Ürəyimiz ağlarkən üzümüz yalandan gülər, həyata inad.
Yenə gecə, yenə biz, dərdləşirik birlikdə…Ürək həmişəki kimi şıltaqlıq edir, ağıl ona bəsdir deyir…  Bu yazının davamını oxu

Uzaq bir yola çıxmaq istəyirəm səninlə…

Bəzən səssiz, kimsəsiz, özümə qapanıb yola çıxmaq istəyirəm.
Uzun bir yola…
Nə qədər gedəcəyimə, nə vaxt bitəcəyinə əhəmiyyət vermədən, tək bir arzuyla diləklə.
Məsafənin, gedişimdəki zamanın uzunluğunu düşünmədən, heç fərqinə varmadan, yolun sonunda…Sən olasan.
Heç toxunmasam belə, gözlərinə baxmağa cəsarət etməsəm də…
Orda ol yetər!
Həmən getdiyim yolun sonunda rastlaşaq tamam yad, iki doğmalar kimi. Bir-birinə həsrət, bir-birinə mümkünsüzlər kimi.  Bu yazının davamını oxu