Kateqoriya Arxivləri: Sizdən gələnlər

Bahar görməyən varlığım..

Havada payızın qoxusu hiss olunduqca, deyəsən nəfəsim də soyuyur yavaş-yavaş, soyuyan havayla birgə. Saralmış yarpaqlarla birgə xəyallarım düşdükcə öz budağından ruhum çılpaqlaşır, kimsəsizləşir ürəyim. Həsrətim də üşüməyə başlayır isti ürəyimin içində. Nə bilim, bəlkə də ürəyim elə isinməyibmiş bu yayı da. Hansısa qışda, ya nə bilim nə vaxtsa, şaxta tutmuş divarlarının buzu heç açılmayıbmış bəlkə… Bu yazının davamını oxu

Günahkar…

20200706_084530

Görəsən, gecələrmi günahkar bu qədər ağır, hüzün yüklü olduğu üçün… Yoxsa ürəkmi günahkar, bütün gün ağrısını, kədərini gizləyib gecələr gözlərə töküldüyü üçün?

Dilmi günahkar sözləri sıxıb-sıxıb söyləmədiyi üçün… Yoxsa sözmü günahkar dodaqlarda kilidlənib dilə əzab verdiyi üçün? Bəzən bir şeylər axtararsan adına “hə, yaxşıdır” demək istədiyin. Özün-özünü ovutmaq istəyərsən bəlkə də. Ya da həyata tutunmağa bəhanə gəzərsən.  Bu yazının davamını oxu

Mənə söz ver…

…Onsuz da hər zaman fikrimdə dolanırsan, amma bu günün sızısı çox olub həmişəkindən. Bütün gün düşüncəmdə fırtına qopub, qovrulub durmuşam…
Əzizim, nolar ki bu qədər rahat, uduzmuş kimi əlini-qolunu sallayaraq təslim olmayasan həyata?!..
Nolar ki əzizim, mənim bildiyim Səni, mənim könlümdə sultan olmuş “Sən”i geri qaytarsan? Qoyma o “Sən” məhv olsun, əzizim. Bu yazının davamını oxu

Ümidləri döyəcləyən yağışlar…

Görən nədən yağışın pıçıltısı bu qədər həzin, ahəstə olduğu halda, ürəyimizdə gizlədiyimiz acılarımızı hayqıra-hayqıra qulağımıza bağırır?!..
Tappıltıyla damları döycələdikcə, sanki köksümüzə yumruqlar atır, qətl olmuş ümidlərə məzar qazır. Ölmüş ruhumuza layla çalır.

Bu yazının davamını oxu

Əllərinlə sığal çək saçlarıma…

Axşamınız xeyir, əzizlərim, dəyərli dostlarım, bloq izləyicilərim. Payızı sevmirəm, çoxunuz bilirsiniz. Soyuğu da, çiskini də, yağışı da özüylə həsrət gətirir sanki. Hal-hazırda da bayırda güclü külək əsir. Deyirəm, ay insafsız külək, bu qədər əsirsən gəl azacıq da dərdi, kədəri özünlə götür apar, bəs deyilmi iliyimizədək hüzün yaşatmağın?!..

Hər gün olmasa da, zaman tapan kimi “e-mail” ünvanıma baxıram. Bir neçə dəqiqə əvvəl də nə var, nə yox deyə baxdığımda gözümə ilk dəyən bir mesajın ilk sətri oldu “Əllərinlə sığal çək saçlarıma”. Qəribə gəldi mənə, dedim görəsən nə mesajdı bu, kimdəndi bu belə. Kimdi bu cəsarətin sahibi?

Nə isə, mesajı açdım ki, Pərvin qızım şeir göndərib. Oxuyub qiymət verməyimi istəyir. Pərvin, sənin o gənc, həm də kövrək ürəyindən gələn hər misranın öz dəyəri var, qızım. Mənim qiymətim, bloqda dərcimdi. Qoy, hər gün bloqun ziyarətinə gələn yüzlərlə oxucunun da xəbəri olsun ki, bələ bir gənc yazar var.  Bu yazının davamını oxu

Sənsiz də keçərmiş ömür…

Hərdən heç nə hiss etmərik aclığı, susuzluğu belə…
Yorğunluqmu, qırğınlıqmı bilmirəm… Hiss etmərikmi, etmək istəmərikmi?..
Varlığımızı da, nəfəs alışımızı da unudarıq bəzən. Özümüz də bilmədən bir yerə dikilib qalarıq, gözlərimiz yol çəkər. Bir rəqəmin üstündə ilişib qalmış saat əqrəbi kimi…
Yaşanmışların yükündənmi, yaşanacaqların qorxusundanmı, sevdiklərimizin həsrətindənmi, itirdiklərimizin acısındanmı..?
Bəzən çox çalışarıq güclü və xoşbəxt görünməyə nədənsə alınmaz..
Özümüzlə oynadığımız yalançı oyunların nəticəsindənmi, yoxsa yaşlanmış aktyorların yorğun düşmüş kimi halındanmı… Ya da səriştəsiz aktyorların təcrübəsiz vəziyyətindənmi?  Bu yazının davamını oxu

Bir qadının taleyindən sətirlər… (Son)

Hicran nə edəcəyini bilmirdi. Azərlə Asəf üçün çox darıxırdı, ürəyi nigaran idi. Balalarının qabağında özünü suçlu sayırdı. Boğazından nə su, nə çörək keçirdi. Çox götür–qoy edir, boşanmaqdan başqa çıxış yolu tapmırdı. Lakin, bu fikrə əvvəllər də qərar versə də, qohum qonşu onu fikrindən daşındırmış, cavan gəlin üçün boşanmanın asan yol olmadığını, bu zəmanədə atasız üç uşaq böyütmənin nə qədər çətin olduğunu anlatmışdılar. Qəlbində olan özünə inam hissini tamamilə öldürmüşdülər. Hicran da buna görə bir qərara gələ bilmir, lakin Farizlə yenidən bir yerdə yaşamağı ağlına gətirəndə ürəyi sıxılır, bunun mümkünsüzlüyünü anlayırdı. Bir yerdə yaşamaq ona zülm kimi görünürdü. Gedib bir işdə işləyib balalarını böyüdəcəyinə əmin idi, lakin hər kəs onun gözünü qorxudur, bir dəstək verib, yol göstərən olmurdu. Bir də Hicranı uşaqlarının gələcəyi qorxudurdu. Fariz kimi atanın yanında necə tərbiyə olunacaqlarından narahat olurdu.  Bu yazının davamını oxu

Bir qadının taleyindən sətirlər… (4-cü hissə)

Uşaqlar heç nə başa düşməsələr də təlaş içində idilər. Analarına nə olmuşdu? Niyə oyanmır, niyə qalxıb onlara yemək vermirdi? Hicranın gözlərinə bənzəyən, tünd qəhvəyi gözlərində kədər qarışıq bir təşviş vardı uşaqların.  Onlar nənəsinə, gah da anasına baxırdılar. Zərnişan arvad çox narahat, həm də əsəbi idi. Gəlininə bərk acıgı tutmuşdu. Gözü pəncərədə, qapıda qalmışdı.

Fariz təcili yardım məntəqəsinə çatıb hövlnak içəri girdi. Dili söz tutar-tutmaz, vəziyyəti izah etdi. Həkimlər tələsik təcili yardım maşınına əyləşib onlara getdilər. Fariz isə çox təlaşla onların arxasınca maşını sürüb getdi.  Bu yazının davamını oxu

Bir qadının taleyindən sətirlər… (3-cü hissə)

Beləcə həyat davam edirdi. Hicranın ürəyi heç nədən açılmırdı. Gah evdə, gah istixanada işləyir, gah da övladları ilə məşgul olurdu. Farizin münasibəti get-gedə pisləşirdi. Nədən belə dəyişdiyini anlamırdı heç. Evə gec gəlir, gələndə də yeməyini yeyər, yenidən harasa gedər, ta gecə yarı qayıdar, işi oldugunu deyib yatardı.

Atası evində də vəziyyət pisləşmişdi ki, yaxşılaşmamışdı. Hərdən onlara gedər, bəzən gecəni orda qalar, bəzən də bir-iki saat oturub qayıdardı. Ürəyi açılmaq əvəzinə,daha da pərişan olardı.

Qaynanası da onu qəmli görüb təsəlli verməz, daha da onu əsəbləşdirən söhbətlər edərdi. Belə günlərin birində qaynanası ona dedi:  Bu yazının davamını oxu

Bir qadının taleyindən sətirlər… (2-ci hissə)

Hicran ağlayırdı. Səssiz-səmirsiz. Fariz yatmışdı. Onun ağladığından da xəbəri yox idi, yatmamasından da. Hicranı ağladan bu axşamkı narazılıq deyildi. O, bu evə gələndən nə qədər haqsızlıq görmüşdü. Elə ilk gəldiyi aylardan nə qədər böyük səhv addım atdığını başa düşmüşdü. Lakin geriyə yol yox idi. Dözməliydi. Öz seçdiyi yol idi, getməli idi. Atasını eşitmədiyinə çox peşiman olmuşdu.
Əslində onların arasında elə uzun uzadı bir sevgi də olmamışdı. Fariz Hicranı görsə də, bu yolu ona anası ilə bacısı göstərmişdi. Hicran da onsuz da kiməsə gedəcəyini düşünüb Farizə razılığını vermişdi. Çünki, ilk gənclik illərində yaşadığı sevgisi daşa dəydikdən sonra o, heç kəsi sevə bilməyəcəyini bilirdi. Beləcə də onlar evlənmişdi. Hicranın atası əvvəl razılıq verməsə də sonra yumşalmışdı.  Bu yazının davamını oxu