Kateqoriya Arxivləri: Sevdiyim şeirlər

Ayrılıq var sonu şirin vüsaldır…

Axşamınız xeyir, dəyərli dostlarım, əziz bloq izləyicilərim!

Çox uzun zaman oldu sizdən ayrılmağım. Amma necə deyərlər: “Ayrılıq var sonu şirin vüsaldır, ayrılıq var sonu yoxmuş, ay aman…”

Sonu olmayan ayrılıqlardan uzaq olaq hamımız, gözləmək həsrət də olsa, sonunda qovuşmaq olsun…

Deyəsən qarışıq danışdım axı. Neynim, əslində danışmağa sözüm çoxdur, amma zamanı yetməyib hələ…

Bilirəm ki, dostların gözü yoldadır neçə müddətdir. Bəlkə də məndən əlini üzüb “bu qız öldü yəqin” deyənlər də var. İnsanlar haqlıdır, xəbəri çıxmayan ölmüş biridir sonda. Yox, ölməmişəm hələ. Ölüm bizdən asılı deyil, zamanı yetəndə hamımız gedəcəyik. Kim bu dünyada əbədidir ki?!

Bu yazının davamını oxu

Əllərinlə sığal çək saçlarıma…

Axşamınız xeyir, əzizlərim, dəyərli dostlarım, bloq izləyicilərim. Payızı sevmirəm, çoxunuz bilirsiniz. Soyuğu da, çiskini də, yağışı da özüylə həsrət gətirir sanki. Hal-hazırda da bayırda güclü külək əsir. Deyirəm, ay insafsız külək, bu qədər əsirsən gəl azacıq da dərdi, kədəri özünlə götür apar, bəs deyilmi iliyimizədək hüzün yaşatmağın?!..

Hər gün olmasa da, zaman tapan kimi “e-mail” ünvanıma baxıram. Bir neçə dəqiqə əvvəl də nə var, nə yox deyə baxdığımda gözümə ilk dəyən bir mesajın ilk sətri oldu “Əllərinlə sığal çək saçlarıma”. Qəribə gəldi mənə, dedim görəsən nə mesajdı bu, kimdəndi bu belə. Kimdi bu cəsarətin sahibi?

Nə isə, mesajı açdım ki, Pərvin qızım şeir göndərib. Oxuyub qiymət verməyimi istəyir. Pərvin, sənin o gənc, həm də kövrək ürəyindən gələn hər misranın öz dəyəri var, qızım. Mənim qiymətim, bloqda dərcimdi. Qoy, hər gün bloqun ziyarətinə gələn yüzlərlə oxucunun da xəbəri olsun ki, bələ bir gənc yazar var.  Bu yazının davamını oxu

Gənc yazarın qələmindən

Ana

Bir gün bu həyatdan üzülsə əlim,
Yanan ürəyini dağlama, ana.
Qara örpəyinlə başını örtüb
Qəbrimin üstündə ağlama, ana.

Süzmə gözlərindən yaş gilə-gilə,
Bəzəmə qəbrimi qara daş ilə.
Nə döy dizlərinə, nə savaş, elə
İnləyə – inləyə ağlama ana….  Bu yazının davamını oxu

Kaş bəxtin yazılsın qızıldan, qızım

Sən ömür bağçamda bitən çiçəksən,
Güllərdən gözəlsən, şirin sözümsən.
Ürkək baxışlımsan, ceyran gözlümsən
Bəxtimin ən parlaq ulduzusan sən.
Nə qüssə, nə kədər, nə qəm biləsən,
Nə yaxşı gəldin sən ömrümə, qızım,
Kaş bəxtin yazılsın qızıldan, qızım.

Bu yazının davamını oxu

Mən Sənə Sevməyi Öyrədəcəyəm

image

AQİL KƏNGƏRLİ :SƏN MƏNƏ SEVMƏYİ ÖYRƏT, ÖYRƏNİM.
BƏSTİ BƏRDƏLİ: MƏN SƏNƏ SEVMƏYİ ÖYRƏDƏCƏYƏM.

Aqil Kəngərli :

Tənha bir adayam, sevgi gəmim ol,
Bəzən sevincim ol, bəzən qəmim ol,
Gəl, mənim məhəbbət müəllimim ol,
Sən mənə sevməyi öyrət, öyrənim.

Bəsti Bərdəli:  Bu yazının davamını oxu

Nə olar, bircə yol sən gələ bilsən…

image

Nə olar, bircə yol sən gələ bilsən…

Bu gecə yadıma yaman düşmüsən,
Yenə sənsizlikdə buz tək donmuşam.
Bu gecə sənə yox, sənsizliyimə
Ağlayıb, sızlayıb yaman dolmuşam.  Bu yazının davamını oxu

Poeziya dəqiqələri

image

YOLLAR

Yollar çox dolaşıq, yollar qəribə
Bu, yollar vüsala aparır məni,
Həm səndən ayırır, uzaqlaşdırır,
Həm də sənə doğru aparır məni…  Bu yazının davamını oxu

Saçlarını darayarmı o külək…

image

Bilmədim, ayrılıb gedəndə məndən,
Yan tutdun üzünü…, ağladın ya yox?
Məndən gizlətdiyin göz yaşlarını,
Hopdurub dəsmala saxladın, ya yox?  Bu yazının davamını oxu

Ağlama, şəhid anası

image

Ağlama sən, əziz anam, göz yaşına qurban olum,
Məğrur dayan, Vətən üçün mən qeyrətli oğul oldum.
Sil gözünün yaşını sən, bağlama qara başına,
Adın yazdı şəhid oğlun tarixin qan yaddaşına.

Bu yazının davamını oxu

Sən bizə ən gözəl nağıldan danış…

image

Günəş xanımı çoxumuz tanıyırıq, nəinki tanıyırıq, həmçinin çox sevirik. İki gün əvvəl paylaşdığım  “Mənim nağıl ömrüm” adlı şeirimdən çox təsirlənib və mənə növbəti şeirini ərməğan edib. Bu mənimçün təkcə şeir deyil. Bu ən gözəl arzulardır, bu bir xanımın içdən gələn xoş niyyəti, təmiz hissləridir.   Bu yazının davamını oxu