Kateqoriya Arxivləri: Sağlamlıq

Qış ayı xəstəliklərindən qorunmaq üçün 10 məsləhət

image

Qış fəslini çoxumuz sevirik. Kimi qarını, kimi soyuğunu, kimi də özəl səbəblərdən. Lakin qış fəslinin sevilməyən bir xüsusiyyəti də var ki, insan tez-tez xəstələnir. Xəstə olmaq bir yana, həm də virus daşıyıcısı olaraq ətrafında olanları da yoluxdurur. Təqdim etdiyim yazıda bu soyuqlu aylarda xəstələnməmək üçün nə etməli olduğunuz lazım olan bəzi məsləhətləri öyrənəcəksiniz. Bu məsləhətlər həm böyüklər, həm də uşaqlar üçün nəzərdə tutulub. Bu yazının davamını oxu

Saçları hər gün yumaq doğrudurmu

image

Saçları hər gün yumaq olarmı? Hər gün saç yumaq zərərlidirmi? Şampunlar saç dərisinə zərər verirmi? – Bu sualların cavabı sizə maraqlıdırsa, yazının davamını oxuyun.

Əsrlərdir gözəllik haqqında müxtəlif fikirlər səslənir, yeni ideyalar, yeni məhsullar istehsal edilərək baxımlı insanların ixtiyarına verilir. Bu mövzu təbii ki, özünü qadınların həyatında daha çox biruzə verir. Yəqin ki, xanımların çoxu müşahidə etmişdir, bir alış-veriş mərkəzində, kosmetika dükanında müxtəlif çeşiddə şampunlara rast gəlmək mümkündür. 80-ci illərdən bu yana isə reklamların və rəqabətin təsirindən hər il müxtəlif markaların istehsalında çox böyük sıçrayış hiss olunur. Bu yazının davamını oxu

Uşaqlarda qəbizlik problemi

image

Uşaqların ən sıx yaşadığı sağlamlıq problemlərindən biri olan qəbizlik valideynləri cin atına mindirən bir problemdir desək yanılmarıq. Qəbizlik körpələrin nəcis xaric etmə tezliyində azalmaya, sərt və ya ağrılı xaric etmə halının baş verməsinə, temperatur, qusma, nəcisdə qan, çəki itkisi kimi problemlərin yaranmasına da gətirib çıxarır. Oyun oynayarkən tualet ehtiyacını gecikdirmə, yanlış qidalanma, ilkin tualet öyrədilməsində yanlışlıq kimi amillər qəbizlik əmələ gəlməsində əaas rol oynayır. Bu yazının davamını oxu

Yumurta haqqında bilmədiklərimiz

image

Yumurtanın təzəsi qida maddəsi kimi olduqca faydalıdır. Yarıbişmiş yumurta qüvvəli yemək sayılır. Yumurtanı qaynar suya salıb 1-2 dəqiqə saxladıqda yarıbişmiş hesab olunur.
Yarıbişmiş yumurta südü əvəz edə bilir.
Yumurtanın qabığı soyuq və quru, ağı isə soyuq və rütubətlidir. Sarısı istilik verəndir. Bədən tərəfindən tam sərf olunur, aztullantı verir, bədəni və ürəyi qüvvətləndirir, mədə və bağırsaq və sidik kisəsi üçün faydalıdır. Qanitirmədən törənmiş zəiflik hallarında yumurta yemək münasibdir. Bu yazının davamını oxu

Səhər yeməyi uşaqlar üçün çox vacibdir

image

Anaların uşaqlara yemək yedizdirməsi problemi hər zaman aktual olaraq qalacaq. Bizim bu mövzuda bir neçə xəbərimiz olsa da, yenidən müraciət etmək qərarına gəldik. Çünki səhər yeməyini yemədən evdən çıxan uşaqlarda böyüyüncə bir çox problemlərin yaranacağı faktdır. Uşaqları səhər yeməyinə alışdırmaq vacibdir. Xüsusən də məktəbli uşaqları. Bu mövzuda hər iki tərəfin narazılıqları olar. Bu yazının davamını oxu

Heyvan mənşəli qidaların faydaları


image

Orta əsr Şərq təbabətində bitkilərlə yanaşı, heyvan mənşəli dərman vasitələrindən də geniş istifadə edilib. Bu dərmanlar vəhşi və ev heyvanlarının orqanlarından, hətta həşərat və cücülərdən hazırlanıb.
Ev heyvanlarının əti insan orqanizmini lazımi maddələrlə təmin edən mühüm qida maddəsi kimi qiymətləndirilib. Bunlardan bəziləri haqqında qısa məlumat verək. Bu yazının davamını oxu

Ədviyyatlar haqqında

image

Mixək Orqanizmə istilik verir, quruducu xüsusiyyətə malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri qüvvətləndirir, həzmi gücləndirir. Beyin üçün faydalıdır. Əhval-ruhiyyəni yaxşılaşdırır. Ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək döyüntüsü zamanı münasib hesab edilir. 1,6 q mixəyi döyəndən sonra südə qatıb bir müddət müntəzəm içmək cinsi fəaliyyəti gücləndirir. Burun tutulması və zökəm zamani əmgəyə mixək sürtmək faydalıdır. Bu yazının davamını oxu

Sağlam ürək üçün məsləhətlər

image

Sağlam bir orqanizmə sahib olmaq üçün sağlam ürəyin olması çox vacib şərtlərdən biridir. Yaxşı, gəlin görək ürək sağlamlığımızı qorumaq üçün nələrə diqqət eməmiz lazım olduğunu bilirikmi? Qeyd edim ki, aşağıda məsləhət görülənlərin əksəriyyəti qadınlar üçün nəzərdə tutulub.
Gecə altı saatdan az yatan insanlar, yeddi-səkkiz saat yatanlarla müqayisədə iki qat daha çox ürək xəstəliyi riski altındadırlar. Yuxu insulin fəaliyyətinin təşkil edilməsinə kömək edir. Az yuxu hüceyrələrinizin insulinə qarşı daha müqavimətli olmasına gətirib çıxarar, bu da qan şəkərinin yüksəlməsi, çəkinin artması və ürək xəstəliklərinə səbəb ola bilər. Bu yazının davamını oxu

Nöqtə masajının üzdə tətbiqi haqqında

image

Üzdə edəcəyimiz nöqtə masajı ilə cavanlığın, həm də sağlamlığın sirrini əldə edə bilərik. Yəqin ki, bu bir çox xanımın diqqət mərkəzində olacaq bir xəbər olacaq. Elə isə, əziz xanımlar, buyurun nöqtələrlə və onların rolu ilə tanış olun. Şəklə diqqət etməyi unutmayın.

Qeyd edim ki, bu masajla həm üzdəki qırışlardan azad olmaq olar, həm gərginliyi aradan qaldırmaq, həm də qan dövranını yoluna qoymaq mümkündür. Bu yazının davamını oxu

Ət yeməklərindən düzgün istifadə edək

image

Zülalın bədənimizdəki əzələlərin quruluşunda əhəmiyyəti böyükdür. İmmunitet sistemimizi meydana gətirən hüceyrələrin ana maddəsidir. Bəzi hormonların əsas maddəsi də proteinlərdir .
Zülal bədənə enerji verir. 1 qram yağ 9 kkal təşkil edərkən, eyni miqdarda karbohidrat və zülal 4 kkal təşkil edir. Yəni zülallı yeməklər enerjisi çox yüksək olmayan yeməklərdir. Karbohidrat və yağ az qəbul olunduğunda təməl enerji maddəsi olaraq zülal istifadə edilər. Ancaq zülal az alındığında, karbonhidratdan və yağdan zülal alına bilməz.
Bir çox qida maddəsi zülal tərkiblidir. Heyvan mənşəli yeməklərin zülal nisbəti daha yüksəkdir və daha keyfiyyətlidir. Ət, toyuq , balıq , yumurta , pendir və süd məhsulları ən qiymətli zülal qaynaqlarıdır. Bununla birlikdə quru paxla , noxud , mərcimək və soya paxlası kimi bitki mənşəli yeməklərin də zülal nisbəti yüksəkdir. Zülal dəyəri yüksək olan bu yeməklər eyni zamanda B12 vitamini və dəmir baxımından da çox zəngindir. Bu yazının davamını oxu