Kateqoriya Arxivləri: Maraqlı məlumatlar

Çərkəz toy adətləri (I)

image

Çərkəzlər (öz adlandırmaları: adıge) — Rusiyanın Qaraçay-Çerkesiya bölgəsində yaşayan adıq xalqlarından biridir. Sayı 60 mindən artıqdır (onlardan 50 mindən çoxu Qaraçay-Çerkesiyada yaşayır). Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar.
Bu günkü mövzumuz çərkəzlərin toy adəti haqqında olacaq. Bir Çərkəz gənci nikah bağlamaq istəyirsə, maddi gücü olmalıdır, büyük qardaşı subaydırsa, onun evlənməsini gözləməlidir. Yaxın qohumdan qız namizədi seçməməlidir, eyni kənddən də birini seçməyəcək, amma ailə quracağı adamın Çərkəz olmasına mütləq əməl edəcəkdir. Bütün bu şərtlərə bir də qız seçməkdə çox götür-qoy etmə xasiyyəti də əlavə olunduqda, çərkəzlərin niyə gec evləndikləri aydın olur.  Bu yazının davamını oxu

Qadın ayaqqabısında gizlənən 7 sirr

image

Bilirsinizmi, qadınları geyindikləri ayaqqabıya görə də xarakterizə etmək olarmış. Siz də mənim kimi bilmirdinizsə, onda davamını birgə oxuyaq.
1. Hündürdaban ayaqqabı

Hündürdaban ayaqqabı seçən qadınlar haqqında heç bilirsiniz nə düşünürlər? Deyirlər ki,bu tip qadınlar daxilən o qədər yüksəkdə olmağa can atırlar ki, bu ayaqqabını seçməklə, sanki hər kəsdən yüksəkdə olduqlarını zənn edirmiş kimi bir hiss yaşayırlar. Həm də bu qadınlar qaydaları pozmağa da meylli olurlar, belə deyirlər, mən demədim ki☺️ Bu yazının davamını oxu

Maraqlı gerçəklər

153de18a4092

Dünyanin ən böyük ofisi hansıdır?- “Pentaqon” dünyada ən böyük ofisdir. Birləşmiş Ştatların Müdafiə Departamentinin yerləşdiyi bu məşhur beşguşəli bina İkinci Dünya Müharibəsi zamanı Virciniya ştatının Arlinqton şəhərində on altı aya tikilmişdir. Bina 40 000 adam tutumu üçün layihələndirilib. Onun 28 km. uzunluğunda dəhlizləri, 7.754 pəncərəsi, 284 vanna otağı və 8.770 maşınlıq dayanacağı vardır. Gün ərzində 17.000 yemək servis edilir. Bu yazının davamını oxu

Şlyapa və onun tarixi haqqında

image

İlk dəfə şlyapadan istifadənin tarixi Qədim Misirə və Yunanıstana aid edilir. Misirdə kişilərin başlarında tük üzərinə, kralların isə taclar, ya da pariklər üzərinə geyilmiş bir bez olduğu söylənilir. Bu da həmin baş örtüyü sahibinin sosial təbəqəsini göstərərmiş.

Qədim Yunanıstanda şlyapanı yoxsullar geyinərdi. Qədim Romada isə vəziyyət tam əksinə imiş. Şlyapanı zəginlər geyinərmiş. Yoxsulların və kölələrin geyinməsi qadağan imiş. Ancaq kasıbçılıqdan, köləlikdən qurtulduqdan sonra geyinilərmiş.
Yüksək konus şlyapasını 1395-ci ildə Fransa kraliçası İzabella Bаvarskaya tapdı. Çünki XIV və XV əsrin astanasında Fransada moda hökm sürürdü, baş örtükləri isə xanımlar arasında Avropanın bütün ərazisində yayılmışdı. Bu yazının davamını oxu

Zərif qadınlar….tarixə düşən ixtiralar

1368416151_k1

Qadınlar zərif cinsin nümayəndələri olsalar da, tarix boyu elmə, incəsənətə gətirdikləri yeniliklərlə kişiləri belə heyrətə gətiriblər. Bu ilk yazımızda sizə həmin xanımlardan ikisi haqqında məlumat təqdim edirik. Vaxtaşırı olaraq dünyaca məşhur qadınlar haqqında məlumatılarımızı bu silsilədə sizə təqdim etməkdə davam edəcəyik.

Amerikalı ixtiraçı Cozefina Kokreyn Ohayoda mühəndis Con Qeris və Ayrin Fitç Qerisin ailəsində dünyaya gəlib. Xidmətçisi onun farfordan olan servisini sındırdıqdan sonra belə bir qərara gəlir:”Əgər kimsə qabyuyan maşın ixtira etməyə hazırlaşmırsa, bunu mən özüm edəcəm!”. Cozefina Kokreyn 1913-cü il avqustun 3-də vəfat etmiş və Şelbivildə Qlenvud qəbristanlığında dəfn olunmuşdur.

Bu yazının davamını oxu

Bu məsləhətlərə əməl edin

yiyecek-ve-icecek-hizmetleri-13-10-03-08-54-41

İsti yay fəslini yaşayırıq. Bilməyimiz vacib olan bir neçə amillər var. Gəlin onlara birlikdə nəzər salaq.Tərəvəz və meyvələri necə saxlamalıyıq? Ətləri saxlayarkən və bişirərkən nələrə diqqət yetirməliyik? Pendirin kiflənməsinin qarşısını almaq üçün nələr etməliyik?

Yay mövsümü gəlincə havalar qızır, bununla birlikdə yaşadığımız sahələrin istiliyi da artır. Qidaları yayın istilərindən qoruyub saxlamaq, uyğun şərtlərdə qorumaq, soyuducunda saxlayarkən bəzi qaydalara diqqət etmək lazımdır.
Yay aylarında soyuducunun daxili istiliyinin sıfır dərəcə ilə mənfi 4 dərəcə arasında olması lazım olduğunu ifadə edən mütəxəssislər, buzxananın isə -18 dərəcə ilə -23 dərəcə arasında olmasında fayda olduğunu bildirirlər.

 

Bu yazının davamını oxu

Məşhurlar haqqında bunları bilirdinizmi?

image

Edqar Po yazarkən ayaqlarını soyuq suya qoyurmuş.
***
Emil Zolya isə özünü stula bağlayırmış.
***
Dostoyevski çarpayıda uzanıb, üzünü divara tutaraq diktə edirmiş.
***
Vasili Şuksin otaqda əsgər addımlarıyla var-gəl edirmiş.

Bu yazının davamını oxu

Maraqlı faktlar

1425412664_banner-1

1. Uran planetində qış iyirmi bir il davam edir.

Uranda on beş Ay vardır.
Uran Günəş sistemində üçüncü ən böyük planetdir.
Digər qaz planetlər kimi Uranın ətrafında nazik halqa vardır.
Urana ilk səfər 1986-cı ildə olub.

2. Əksər qar dənəcikləri altı tərəflidir.

Bu yazının davamını oxu

Qadınlar sirr saxlaya bilirmi?

image

Bu məsəli eşitməmiş olmazsınız: “Dostuna sirr vermə, dostunun da dostu var”. İngiltərəli bir alim 18-65 yaş arası üç qadın arasında belə bir araşdırma aparmışdır. Qadınlar sirrin mövzusundan asılı olaraq, onu 1 dəqiqə ilə 47 saat arasında başqa biriylə bölməlidirlər. Xüsusən də rəfiqələrinə, həyat yoldaşlarına, analarına danışarlar. Qadınlardan 40 faizi sirr saxlamağın asan olmadığını boyunlarına alarlar.

Bu yazının davamını oxu

Çərkəz toy adətləri (I)

1413442960_slame-ensembleÇərkəzlər (öz adlandırmaları: adıge) — Rusiyanın Qaraçay-Çerkesiya bölgəsində yaşayan adıq xalqlarından biridir. Sayı 60 mindən artıqdır (onlardan 50 mindən çoxu Qaraçay-Çerkesiyada yaşayır). Qaraçay-Çerkesiyanın 17 aulunda yaşayırlar.

Bu günkü mövzumuz çərkəzlərin toy adəti haqqında olacaq. Bir Çərkəz gənci nikah bağlamaq istəyirsə, maddi gücü olmalıdır, büyük qardaşı subaydırsa, onun evlənməsini gözləməlidir. Yaxın qohumdan qız namizədi seçməməlidir, eyni kənddən də birini seçməyəcək, amma ailə quracağı adamın Çərkəz olmasına mütləq əməl edəcəkdir. Bütün bu şərtlərə bir də qız seçməkdə çox götür-qoy etmə xasiyyəti də əlavə olunduqda, çərkəzlərin niyə gec evləndikləri aydın olur.

Bu yazının davamını oxu